11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

02 Fevral 2023, 12:48
Cəmiyyət
A A
Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

 

Gənclər siyasəti dövlət siyasətinin mühüm bir istiqaməti olaraq gənclər üçün inkişaf meyillərinin artırılmasını, aktiv iştirakçılığı, iqtisadi, sosial və siyasi olaraq müsbət dəyişiklikləri ehtiva edir. Gənclər həm də gələcəyin memarları olmaqla bir qrup olaraq önəmli yer tutur və dünyanın demək olar ki, bütün ölkələrində bu qrupla işin effektiv təşkili üçün qlobal gənclər siyasətinin lokal xətti kimi yerli dövlət gənclər siyasətləri hazırlanır, tətbiq edilir.
Azərbaycan Respublikasında da gənclər önəmli sosial qrup olaraq davamlı öyrənilir, bu sahədə ixtisaslaşmış kadrlar hazırlanır, gənclər üçün geniş imkanlar yaradılır və gənclər siyasətinin uğurlu tətbiqinə xüsusi diqqət yetirilir.
“Bizim bu günki gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” – deyən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il 26 iyul tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmış, gənclər siyasətinin əsaslı və strukturlu aparılmasına başlanılmışdır. Azərbaycan gəncliyinin tarixində yeni mərhələ yaradan 2 fevral 1996-cı il “Azərbaycan gənclərinin ilk forumu” gənclərə olan xüsusi diqqətin və dəyərin göstəricisi idi. Elə bu tarix ölkə prezidentinin imzaladığı sərəncama əsasən Gənclər Günü kimi qeyd edilməyə başladı. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların şəxsi və professional bacarıqlarını artırmaq, keyfiyyətli təhsil almalarına şərait yaratmaq məqsədilə bir çox addımlar atılmış, dövlət proqramları təsis olunmuşdur. 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan olunması, 2012-ci ildən bəri Bakı istisna olmaqla müxtəlif şəhər və rayonların “Gənclər Paytaxtı” seçilməsi gənclərə verilən dəyərin göstəricilərindəndir.
Azərbaycan gənclər siyasətinin uğurlu olmasını göstərən amillərdən biri də gənclər üçün yaradılan imkanların yalnız paytaxt Bakıda deyil, həm də regionlarda yaradılması, bütün gənclər üçün bərabər imkanların təmin edilməsidir. Gənclər Evləri, Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində yaradılmış Gənclərin İnkişaf və Karyera Mərkəzi 55 şəhər və rayonda fəaliyyət göstərməklə region gənclərinin bu inkişaf dalğasının bir parçası olmasına, onların hərtərəfli inkişafına nail olmaq məqsədi daşıyır. Gənclərin bilik və bacarıqlarını artırmaq, onlar üçün bütün imkanları əlçatan etmək üçün müxtəlif təlimlər, şəxsi inkişaf proqramları, karyera quruculuğu layihələri, könüllülük və təcrübə proqramları təşkil olunur. Gənclərin motivasiyasını və aktivliyini artırmaq, məlumatlılıq səviyyəsini yüksəltmək, şəhər mərkəzləri və regionların paralel inkişafını təmin etmək üçün 4 istiqamətdə fəaliyyətlər keçirilir: vətənpərvərlik və dövlətçilik, şəxsi inkişaf, karyera quruculuğu, könüllülük və sosiallaşma. Bunun üçün onların maraqları öyrənilir, qeyri-formal təhsil metodlarından geniş istifadə olunur, inklüziv mühit yaradılır.
Ölkəmizdə gənclər siyasətinin keyfiyyətli aparılması məqsədilə bu sahədə ixtisaslaşmış kadrlar hazırlanır, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti və digər bir sıra universitetlərdə magistratura proqramında “Gənclərlə iş” ixtisası üzrə təhsil verilir.
Prezident İlham Əliyevin qərarı ilə “Gənclər üçün Prezident Mükafatı”nın və gənc kadrların irəli çəkilməsi üçün “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, gənclərin rifahına xidmət edən dövlət proqramları gənclərlə bağlı siyasi xəttin uğurlu davamıdır.
Azərbaycanda gənclər siyasətinin uğurlu tətbiqi və davamlı inkişafı üçün sektorlar arası əlaqələr, inteqrasiya gücləndirilir, insan kapitalına verilən dəyər günbəgün artır, qlobal çağırışlara dünya gənclər siyasətinə uyğun gənclərin inkişafına dair uğurlu addımlar atılır.

Nigar Abdullazadə
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin təlim-tədris üzrə mütəxəssisi

Əvvəlki yazı

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

Sonrakı yazı

Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.