22-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda elektron pul emissiya ediləcək

14 İyul 2023, 13:05
İqtisadiyyat
A A
Azərbaycanda elektron pul emissiya ediləcək

Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə icazə veriləcək.

Reportyor.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, emissiyanı aşağıdakılar həyata keçirə bilər:

– banklar və xarici bankların yerli filialları;

– poçt rabitəsinin milli operatoru;

– elektron pul təşkilatları.

Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibinin istifadəsinə imkan yaradır.

Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Azərbaycan Mərkəzi Bankının (AMB) normativ xarakterli aktları ilə müəyyən edilir.

Emitent elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda təqdim edir:

– emitentin adı və hüquqi ünvanı;

– elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları;

– elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları və tətbiq edildikdə elektron pulun geri ödənilməsi üzrə tutulan haqlar;

– elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılması qaydası;

– elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;

– elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası.

Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar elektron pulu yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edə bilər.

Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edir.

Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır.

Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin yerli filialına və ya fərdi sahibkara elektron pulun qalıq dəyəri geri qaytarıldıqda pul vəsaiti yalnız nağdsız formada hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının və ya fərdi sahibkarın ödəniş hesabına köçürülür.

Emitentin lisenziyası ləğv olunduğu hal istisna olmaqla, emitent elektron pul sahibi ilə bağlanılan müqavilədə nəzərdə tutduğu halda, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə aşağıdakı hallarda xidmət haqqı tətbiq edə bilər:

– qalıq dəyərinin geri ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb olunduqda;

– qalıq dəyərinin geri ödənilməsi müqavilənin bitmə tarixindən 1 ildən sonra tələb olunduqda.

Emitentin lisenziyası ləğv edildikdə AMB-nin bu barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emitent elektron pulun emissiyasını dayandırmalı və elektron pulların qalıq dəyərlərini elektron pul sahiblərinə hər hansı haqq tutulmadan geri qaytarmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki yazı

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Sonrakı yazı

Xaricdən şəxsi istifadə üçün dərman vasitəsini bu cür gətirə bilərsiniz

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.