15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda bu ailə qaranlıqda yaşayır – 1500 manat istəyirlər

11 İyun 2019, 11:38
Sosial
A A
Azərbaycanda bu ailə qaranlıqda yaşayır – 1500 manat istəyirlər

Qaranlıq evdə və üstəlik, evi də hər an su basmaq təhlükəsi altında yaşamaq… Bərdənin Qarağacı kəndində məskunlaşmış 11 uşaqlı Həsənovlar ailəsi belə vəziyyətdə yaşayır:

“Bir neçə nəfər hər iki-üç gündən bir evimin yanındakı arxın suyunu açıb səhərə qədər açıq qoyurlar. Deyirəm, axı bunu niyə belə edirsiniz, hər səhər uşağı məktəbə suyun içində yola salırıq. Mənə cavab verirlər ki, sənə kim deyib burada ev tik?”

Şəmil Həsənov bir neçə il əvvəl evini ümumi otlaq sahəsi kimi tanınan ərazidə tikib. Ondan başqa da burda məskunlaşan qaçqın və məcburi köçkünlər var. Ona görə də kənd arasında bura “”Qaçqınlar qəsəbəsi” deyilir.

O, yerli icra hakimiyyətinə şikayət edib ki, bu probleminə bir əlac tapılsın.”İcra başçısı tapşırıb ki, traktorla evin yanı düzəldilsin, yeni arx çəkilsin ki, evi su basmasın. Onun yanında deyirlər ki, həll edəcəyik, ordan çıxandan sonra elə davranırlar ki, elə bil belə söhbət olmayıb”, Şəmil Həsənov deyir.

İndi ailə traktor gözləyir, amma hələ texnikadan səs-soraq yoxdur.

Bərdə Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya deyiblər ki, “məsələ ilə maraqlanırlar”.

Amma ailənin problemi bununla bitmir. Yaşadıqları evdə həm də elektrik enerjisi yoxdur.

Şəmil Həsənovun sözlərinə görə, güc-bəla ilə bir ev qaraldıb, amma elektrik xətti çəkdirməyə maddi imkanı olmayıb.

Kömək üçün aidiyyətli qurumlara müraciət edib, amma “hər yerdə fərqli cavab eşidib”.

“İcra başçısı yerli işıq idarəsinin başçısına tapşırdı ki, bu ailənin işığını çəkin. O da sonra mənə dedi ki, 200 metrdən çox məsafə var, işıq çəkməyə icazəm yoxdur. Bunun xərci 1500 manatdan çox olur”.

Bərdə Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya söyləyiblər ki, “Şəmil Həsənov evi örüş sahəsində tikib və ora işıq xəttini icra hakimiyyəti çəkə bilməz, gərək vətəndaş özü çəkdirə”.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, “vətəndaş elektrik xəttini özü çəkdirməlidir və bunun üçün qaçqın və məcburi köçkünlərə imtiyaz nəzərdə tutulmayıb”.

Bərdə elektrikşəbəkənin baş mühəndisi Sahib Abbasov bildirib ki, vətəndaş ərazi üzrə ASAN xidmətə müraciət etdikdən sonra məsafəyə görə rüsum ödəməlidir.

“Transformatorla ev arasında məsafə 200 metrdirsə, işıq xətti pulsuz çəkilir, təkcə sayğac üçün təxminən 165 manat pul ödənilir. Məsafə 400 metrdən çox olanda isə qiymət məsafəyə görə dəyişir”.

BBC News Azərbaycanca müxbirləri bu ilin fevral ayında Bərdəyə səfəri zamanı Həsənovlar ailəsinin şikayətlərini dinləmiş, reportaj hazırlamışdı. Ailə sosial yardım və özünüməşğulluq proqramı çərçivəsində onlara vəd edilən heyvanları ala bilməməkdən şikayətçi idi.

Əslən Kəlbəcərdən olan Şəmil Həsənov bildirib ki, onun şikayətini araşdırmasından sonra ailəyə 700 manat məbləğində ünvanlı sosial yardım verilməyə başlayıb.

Əvvəlki yazı

Zurabişvilidən Qərbə mesaj:“Gürcüstan NATO-ya gedən yolunu uğurla başa çatdıracaq”

Sonrakı yazı

Xatundakı dəyişiklik Roza Zərgərlini kölgədə saxladı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.