09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda 3 aylıq körpə ölüb – Həkimin səhv qan köçürməsi nəticəsində

26 Aprel 2019, 18:59
Uncategorized
A A
Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb

Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.

Bu barədə “Report”a şikayət edən körpənin babası Sərraf Əskərovbildirib.

Onun sözlərinə görə, nəvəsi Mədinə Əskərzadənin səhhətində problem olduğu üçün martın 28-də Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb: “Uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə apardıq. Həmin vaxt Mədinənin üzünə baxanda gülürdü. Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün bəlkə də onda qan azlığı ola bilər.

Respublika Uşaq Klinik Xəstəxanasının qəbul şöbəsində olan zaman xəstəxananın Reanimasiya şöbəsinin müdri Sevda Əliyevanı yanımıza çağırdılar. Onunla birgə uşağı yuxarı çıxartdıq. Orada əvvəl bizə söylədilər ki, uşaq sapsağlamdı, onun heç nəyi yoxdur. Gördülər ki, biz Mədinənin bu halından çox narahatıq. Sonra Reanimasiya şöbəsinin həkimi Sədaqət Əbilova gəlib uşağa baxdı. O dedi ki, körpəni əli ilə yoxlaması nəticəsində Mədinənin dalağı və ciyərinin böyüdüyü məlum olub. USM-nin nəticəsi olan sənədi ona göstərdik. Sədaqət həkim mənə dedi ki, “30 ilin həkimiyəm, mən belə şeyləri yaxşı bilirəm”.

Biz yenidən uşağı USM-dən keçirdik. USM-də uşağın heç bir problemi olmadığını bir daha da söylədilər.

Biz Mədinəni Reanimasiya şöbəsində saxladıq. Növbətçi həkimlər orada olan zaman gəlinimə bildirib ki, “belə sağlam uşağı niyə bura götürüblər? Bu körpə burada deyil, palatada yatmalıdır”.

302e3406-6fa7-4ea1-9c95-1f69eff47c83

Həmin gün – ayın 28-də Sədaqət Əbilova ilə Sevda Əliyeva körpəyə I+ qan lazım olduğunu qeyd etdilər. Biz Qanköçürmə İnstitutunda qan verdik, lakin Reanimasiya şöbəsində qanı bizə pulla satdılar. Əvvəl 120 manat pul istədilər, 50 manata razılaşdıq. Sonra Mədinəyə qanın bir qismini vurdular. Ertəsi gün isə uşağa qan vurulan zaman gəlinim zəng vurub, uşağın çox incidildiyini, damarına düşə bilmədiklərini və bədəninin deşik-deşik olduğunu söylədi. Neçə saat uşağın üstündə çalışıblar və sonra onun damarına düşə biliblər. Get-gedə Mədinənin vəziyyəti pisləşirdi. Bir sözlə, xəstəxanadan 3 dəfə pulla qan aldıq, körpəyə 6 dəfə qan vurdular. Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, “qan vurulanda belə olmalıdır”. Biz də həkimlərə inanırdıq.

Mədinə düz 8 gün xəstəxanada çox əziyyət çəkdi. Hətta bizə hər gün başqa-başqa analizlər verdirib, dərmanlar aldırırdılar. Həmçinin gərək hər gün biz onların pullarını verəydik. Pul verməyəndə hamısı öz dilləri ilə istəyirdilər”.

S.Əskərov qeyd edib ki, nəvəsinin halı pisləşəndən sonra onu Respublika Uşaq Klinik Xəstəxanasından çıxarıb, İrana aparmaq qərarına gəliblər: “Biz bu barədə həkimlərə deyəndə bildirdilər ki, “İrana niyə aparırsız, biz burada müalicə edirik, 200 manatlıq iynələrimiz var, onlardan vurub uşağı düzəldərik”.

Mən soruşdum ki, uşağın sağalmasına təminat verirsiz? Dedilər ki, biz heç kəsə təminat vermirik. Mən də söylədim ki, “göz görə-görə balamız burada ölür, nəyə görə bu xəstəxanada saxlamalıyıq?”

Bizi iki gün də xəstəxanada yubatdılar, guya sənədləri hazırlayırdılar. Hətta uşağın “Xəstəlik tarixçəsi” olan sənədləri də bizə vermədilər. Xəstəxanada nəvəmə “rubila virusu” diaqnozu qoydular. Xəstəxanadan çıxanda isə bizim üstümüzə gəlib “axı bu gün bizi görmədiniz” deyirdilər. Mən nəvəmin dərdindəydim, bunlar isə pul dərdində idilər. Sonra Lənkərana yollanıb, Mədinənin şəxsiyyət vəsiqəsini hazırlayan zaman onun “Medical Hospital”da qan qrupunun II+ olduğunu öyrəndik. Sonra nəvəmin Bakıda doğulduğu xəstəxa ilə danışdıq. Oradan da bizə dedilər ki, Mədinə II+ qan qrupuna aidir. Biz uşağın sənədlərinə baxdıq ki, Bakıda Respublika Uşaq Klinik Xəstəxanasında nəvəmə I+ qan köçürüblər. Hətta uşağın sənədlərində də bu barədə qeyd edilib. Tez Sevda həkimlə danışıb, nəvəmə səhv qan köçürüldüyünü bildirdim. O isə digər xəstəxana həkimlərinin yalan danışdığını bildiridi.

b2020770-a826-4435-a034-3d3d70300f02

Biz sənədləri hazırlatdırıb, İrana yollandıq. Təbriz xəstəxanasına çatana yaxın nəvəmin halı daha da pisləşdi, özündən getdi. Xəstəxanada tez həkimlər Mədinənin başına yığışıb, ona baxdılar, suni nəfəs verdilər. Həkimlər bildirdilər ki, körpənin böyrəkləri artıq sıradan çıxıb, Mədinəni xəstəxanaya gec çatdırmışıq. Sonra uşağın qarnına dializ aparatı qoşdular, o, koma vəziyyətində Təbriz xəstəxanasında müalicə olunurdu. Həkimlər qan qrupunu yoxladılar və məlum oldu ki, Mədinə II+ qan qrupuna aididr. Təbriz xəstəxanasının həkimləri söylədilər ki, nəvəmin bu vəziyyətə düşməsinə səbəb Bakıda səhv qan vurulması olub, daxilə qan gedib. Lakin Bakıdakı həkimlər bunu bilməyib. Düz 11 gün Mədinə Təbriz xəstəxanasında komada qaldı, ayılmadı. Həkimlər nəvəmin komadan ayılmayacağını, heç bir ümidinin qalmadığını dedilər. Çox sağ olsunlar ki, Təbrizdəki həkimlər nəvəmə canla-başla xidmət göstərdilər, hətta öz təcili tibbi yarım maşınları ilə sərhəddə qədər bizi gətirdilər. Sonra biz Lənkərana gəldik. Rayondakı həkimlər də dedilər ki, arıtq uşaq ölmək üzrədi, onun suni nəfəsini ağzından çıxarandan sonra Mədinə dünyasını dəyişdi”.

e6da3c89-c550-4800-91d7-4e485b2db4c4

S.Əskərov vurğulayıb ki, bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcək: “Biz Bakıdakı həkimlərdən – Respublika Uşaq Klinik Xəstəxanasında çalışan Sevda Əliyeva və Sədaqət Əbilovadan şikayətçiyik. Balamız onların səhlənkarlığı ucbatından rəhmətə getdi. İstəmirik ki, bizim çəkdiklərimizi digər valideyinlər də çəksin. Biz həmin həkimlərlə məhkəmədə görüşəcəyik. Onlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir. Mən evdə Mədinənin anası – gəlnimin halına çox pis olmuşam. Axı ana 3 aylıq körpəsini itirdi. Bizim Səhiyyə Nazirliyi hara baxır?”

Şikayətçinin “Report”a təqdim etdiyi sənədlərə əsasən, 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında və “Medican Hospital”da Mədinə Əskərovanın qan qrupunun II+ olduğu qeyd edilib. Təqdim edilən digər sənədə görə, Respublika Uşaq Klinik Xəstəxanasında ona I+ qan köçürülüb. Həmin sənədi Reanimasiya şöbəsinin müdri Sevda Əliyeva və malicə həkimi Sədaqət Əbilova imzalayıb.

Məsələ ilə bağlı Respublika Uşaq Klinik Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

0bd92a1f-3daf-44bb-8820-035e56e70d8a
75a73a27-36d7-4cfd-bf4a-dd0e09f98255
191b2e12-a6bd-4356-bd1f-a3765464731a
1117d2ff-3e7c-407f-907c-03651c8bbe4b
c7c00b1d-42dd-4b51-914b-6c4d316eec11
ce7ba4c6-5da5-4e38-954c-ebb05fc9256f
Əvvəlki yazı

Göygöldə intihar – Qadın özünü qayadan atdı

Sonrakı yazı

Prezident 37 ölkə başçısının qatıldığı forumda Qarabağdan danışdı:”BU PROBLEM REGİON ÜÇÜN TƏHLÜKƏLİDİR”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.