14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda ərzaq yenidən kəskin bahalaşır –Deputat və ekspert buna heç bir obyektiv əsas olmadığını deyirlər

07 Fevral 2019, 12:07
Cəmiyyət
A A
Azərbaycanda ərzaq yenidən kəskin bahalaşır –Deputat və ekspert buna heç bir obyektiv əsas olmadığını deyirlər

“Azərbaycanda qiymətlərin bahalaşması ölkədə məhsul defisiti və ya idxalla bağlı deyil”.

Reportyor.info xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “BBC Azərbaycanca”ya müsahibəsində  deyib. O, bildirib ki, ərzaq məhsullarının qiymətinin bahalaşmasının subyektiv səbəbləri var.

Radioya danışan alıcılar məhsulların qiymətində azı 5 qəpik artımın olduğunu bildirirlər. Təhlilçilər süd, yulaf, lavaş və başqa ərzaq məhsullarında qiymət artımını məhsuldarlığın aşağı olması və idxalla əlaqələndirirlər.

Hansı məhsullarda bahalanma var?

“Son zamanlar qiymətlərdə təxminən, 10-20 qəpik artım var. Baxır məhsula. Bax, indicə nəvəm üçün kaşa aldım, 10 qəpik bahalaşıb. Üç manat pensiya artırıblar, əvəzini çıxmalıdırlar axı”. “Milla yerli məhsuldur. Ancaq indi bahalaşıb. Qiyməti təxminən 55 qəpik artıb. İki-üç ədəd alanda, əməlli-başlı fərq edir”, alıcılardan biri şikayətlənir.

Alıcı qadınlardan biri deyir ki, əvvəllər 39 qəpiyə aldığı lavaş indi 50 qəpiyədir? “Dollar qalxmayıb, devalvasiya yox, işığın qiyməti də artmayıb mən bilən, birdən-birə lavaşın qiyməti niyə 25 faiz qalxsın ki?! Unla sudur da qarışdırıb, bişirirlər“.

Makaronların bəzilərinin qiyməti də 3-5 qəpik artıb.

“Bəzi məhsulların qiymətində fərq var. Ancaq bu, mənim üçün elə ciddi rəqəm deyil deyə, fərq etmir”, alıcılardan biri deyir. Digər alıcı isə deyir ki, bahalaşma təkcə ərzaq qiymətlərində deyil.

“Hər şeyin qiyməti qalxıb. Mağazalarda qiymətlər son 2-3 ayda yavaş-yavaş qalxır. Maraqlıdır ki, niyə bu qədər oynayır qiymətlər?” alıcı sual edir. Digər bir müştəri isə bahalaşmanı çay və qəndin qiymətlərində hiss etdiyini deyir.

Daha bir alıcı isə ayrı-ayrı marketlərdə eyni məhsula müxtəlif qiymətlərin qoyulmasının insanları çaşdırmasından şikayətçidir: “Ancaq müxtəlif marketlərdə müxtəlif qiymətə alış-veriş etsən belə, standart ərzaqları alanda hiss edirsən ki, əvvəlkindən daha çox pul gedir”.

Jurnalistlər qiymət artımını araşdırarkən, həm də Bakıdakı üç böyük marketdə bəzi məhsulların qiymətlərini müqayisə edib. Qiymətlərə gəlincə, eyni adlı bəzi məhsulların müxtəlif marketlərdəki fərqi təxminən belədir:

Məhsullar Qiymətlər (Fərqlə. AZN)
Tulçinka yağı (72,5%) 4,59 – 4,69
10 ədəd ağ yumurta 1,70 – 1,79
Çay 450 qramlıq 9,05 – 9,08
Kartof 0,60-0,69-0,75
Soğan 0,69
Fairy 1 litr 3,52-3.65-3,77
Dex sabunu 1,19 – 1,30
Arielyuyucu tozu1,5 kq 6,85-5,49

“BBC Azərbaycancan”ın müxbiri Bakının ən ucuz kimi təqdim olunan böyük marketlər şəbəkəsindən birində öz alış-veriş çekləri ilə dekabr-fevral ayları arasında bəzi məhsulların qiymətlərinin necə dəyişdiyini göstərir. Monitorinqin nəticələrinə görə, qiyməti artan yerli məhsullar arasındaDelicate buğda ununun 1 kiloqramı 0,85 qəpikdən 1,05 manat olub.

“Delicate” mərcinin 800 qramı 1,84 manatdan 2,19 manata qalxıb. Camış qatığı 0,25 qəpik, soğan 0,41 qəpik, pomidor 2,50 manat, “Milla” südünün bir litri isə 40 qəpik bahalaşıb.

Ərzaq, xüsusilə ağartı məhsullarının qiymətinin 15-20, bəzi hallarda 40 qəpiyə qədər bahalaşması ilə bağlı müzakirələr sosial şəbəkələrdə hələ də davam edir.

“Təklif tələbi ödəyə biləcək qədər deyil deyə defisit yaranır”

Kənd təsərrüfatı məsələləri üzrə təhlilçi Vahid Məhərrəmli qiymət artımını məhsuldarlığın aşağı olması və idxalla əlaqələndirir. O bildirir ki, Azərbaycana idxal olunan məhsul əhalinin 60 faiz ehtiyacını təmin edir, bu isə yetərli deyil:

“Azərbaycan hökuməti iddia edir ki, əhalinin qidalanmasını təmin edə bilir. Lakin görünən odur ki, təklif tələbi ödəyə biləcək qədər deyil deyə defisit yaranır. Bu zaman da işbazlar yaranan vəziyyətdən istifadə edib, qiyməti artırmağa çalışırlar”.

V.Məhərrəmov bildirir ki, dünyanın heç bir yerində süd Azərbaycanda olduğu qədər baha deyil.

Ekspert hesab edir ki, bu məsələdə Azərbaycanda bir çox məhsulların məhsuldarlığının aşağı olmasını nəzərə almaq vacibdir:

“Bizdə məhsuldarlıq aşağı olduğu üçün məhsul baha başa gəlir. Məhsulun istehsalı az, xərci isə çoxdur. Elə bu da Azərbaycanda istehsal olunan məhsulun istehlakçıya baha satılmasına, qiymətlərdə isə mütəmadi artımın baş verməsinə gətirib çıxarır”.

“Kolxoz bazarı deyil ki, kim nə istəsə onu da etsin”

Millət Vəkili Vahid Əhmədov isə deyir ki, xaricdən məhsul idxal edilərsə, ya da valyutanın məzənnəsi dəyişirsə o zaman qiymət qalxa bilər. Azərbaycanda belədir ki, möhtəkirlər vəziyyətdən istifadə edib, bayramqabağı qiymətləri qaldırırlar. Analoji hadisənin hər il təkrarlandığını xatırladan deputat qiymətlərin hər dəfə qalxıb, sonra düşməməsinə təəssüflənir.

C

V. Əhmədov budəfəki qiymət bahalaşmasını Türkiyədə, İranda baş verən hadisələrlə əlaqəli ola biləcəyini ehtimal etsə də bildirir ki, Azərbaycanda qiymətlərin qalxmasının heç bir obyektiv əsası yoxdur:

“Ölkədə kifayət qədər ərzaq məhsulları istehsal olunur. Lakin dövlət özünü azı 80 faiz yerli istehsalla təmin etməlidir ki, təhlükəsiz dövlət hesab olunsun. Azərbaycan hələlik o səviyyəyə çatmır, lakin müəyyən ərzaq məhsullarının idxalı bahalaşmaya səbəb ola bilməz. Ölkədə yerli məhsul istehsal olunur, sadəcə sahibkarlar vəziyyətdən sui-istifadə edirlər. Kolxoz bazarı deyil ki, kim nə istəsə onu da etsin. Biz buraxa bilmərik kim nə istəyir, onu etsin. Cavabdeh qurumlar qiymət siyasəti ilə məşğul olmalıdırlar”.

Ağartı məhsullarına gəlincə, Vahid Əhmədov bu məhsulların Azərbaycanda qiymətinin baha olması faktı ilə razıdır:

“Biz ağartı məhsullarını ixrac da edirik. Kimsə ölkədə məhsul çatışmazlığı var, qiymətlər ona görə bahadır deyirsə, mən bununla razılaşa bilmərəm. Sadəcə sahibkarlar anlamırlar ki, bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz”.

Süd məhsulları ilə bağlı rəqəmlər necədir?

Azərbaycanda 2014-cü ildə təsdiqlənmiş minimum istehlak səbətinə görə, hər bir şəxsin süd və ya süd məhsulları üzrə illik istehlak norması 232 litrdir. Statistika komitəsinin saytında son məlumat 2017-ci ilə aiddir. Orada göstərilir ki, həmin ildə Azərbaycan hökuməti 2,5 milyon tona yaxın süd və süd məhsulları tədarük edib. Bunun da təxminən 400 min tonu idxalın payına düşüb.

Həmin ildə Azərbaycan əhalisinin sayı isə 9 milyon 854 min nəfər olub.

Statistik məlumatlarda o da göstərilir ki, Azərbaycan hökuməti 2017-ci ildə heyvandarlıq məhsulları – süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi təxminən, 86 faiz olub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən və İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.

(BBC Azərbaycanca)

Əvvəlki yazı

Prezidentin boykot etdiyi sülh danışıqları –Moskvada keçirilən “əfqan sammiti” mühüm bəyanatla yekunlaşdı

Sonrakı yazı

OQTAY ŞİRƏLİYEVİN OĞLU BANKDAKI İŞİNDƏN ÇIXDI – Şirkət direktoru oldu

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.