Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belqradda məktəblərdən birində baş vermiş atışma nəticəsində 9 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.
Reportyor.info-nun məlumatına görə, bu barədə qurumun tviter hesabında paylaşım edilib.
“Serbiyanın Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik”, – paylaşımda bildirilib.
Qeyd edək ki, mayın 3-də Serbiyanın paytaxtı Belqradda məktəblərdən birinə silahlı hücum zamanı 9 nəfər öldürülüb.