“Azərbaycan xalqı Qarabağa yenidən həyat verəcək. Abadlıq işləri aparılacaq, yeni evlər, yeni binalar tikiləcək”.
Bu barədə YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova azerses.az-a verdiyi müsahibəsində bildirib.
Qarabağ Azərbaycanın göz bəbəyidir. 28 ildir bizdən uzaq qalan bir parçamızdır Qarabağ. Qarabağınsa açarı Şuşadır. Ulu öndərin sözlərini xatırlayaq:
“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” demişdir Ümummilli lider Heydər Əliyev!
Coğrafi mövqeyinə görə böyük əhəmiyyətə malikdir. 8 noyabr tarixindən Şuşa terroçu mənfur düşməndən azad edilmişdir. Düşmən diz üstə çökdürülmüş və 8 gün sonra kampitulyasiya sənədini imzalamağa məhkum edilmişdir.
Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş təcrübəsi, peşəkarlığı və qəhrəmanlığı ilə “Şuşa əməliyyatı” uğurla başa çatdırılmışdır. Artıq növbəti addım bu ərazilərdə bərpa proqramlarına uyğun olaraq yeni infrastruktur lahiyərinin icrası nəzərdə tutulmuşdur.
Kapitulyasiya sənədinin imzalanmasından 6 gün sonra Alxanlı qəsəbəsindən Füzuli-Şuşa yolunun çəkilişinə başlanılıb və təməlqoyma mərasimi keçirilib. Bu mərasimdə müzəffər Ali Baş Komandan İlham Əliyev iştirak etmiş və demişdir:
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.
Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”
Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. 8 noyabrdan sonra yəni Şuşa şəhərinin işğaldan azad ediləndən sonra bu əraziyə çox sayda həmvətənlərimiz qayıdıb yaşamaq istəyəcəklər. Müəyyən müddət sonra bu yerlərdə turistik məkanlar fəaliyyət göstərməyə başlayacaq. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Bütövlükdə, Azərbaycanın tarixi üçün xüsusi əhəmiyyətə malik olan həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq.
Azərbaycan xalqı Qarabağa yenidən həyat verəcək. Abadlıq işləri aparılacaq, yeni evlər, yeni binalar tikiləcək. Çox böyük sevinc hissi ilə qeyd etmək olar ki, 28 ildən sonra bu gün Kəlbəcər mənfur düşmədən azad olunmuşdur. Kəlbəcərdə alçaq düşmənin kəsdiyi ağaclar, dağıtdığı evlər hamısı bərpa olunacaq, yenidən qurma işləri aparılacaq. Düşmənin əsarətdə saxladığı, vəhşicəsinə istismar etdiyi torpaqlarımıza xalqımızın sevgisilə, nəvazişilə, qayğısıyla yenidən həyata qaytarılacaq, can veriləcək!
Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu bilirik. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” adlanan səfalı guşədə mədən suyu çıxarılmışdır ki, bu su müalicəvi əhəmiyyətə malikdir. Havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti bu şəhərin gələcəkdə çox ölkənin diqqətini öz mərkəzinə çəkəcəkdir. Bu gün biz Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbül”ün ətrinini duymağa can atırıq. Bizim hamımızın qəlbi Qarabağla, Şuşa ilə döyünür. O torpaqlara can vermək üçün, Şuşanı həyata qaytarmaq üçün, biz geri dönürük.
Bu qələbə hissini bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza,müzəffər ordumuza minnətdarıq.
Allah dövlətimizi qorusun