24-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir – Rövşən Rəcəbov

26 Avqust 2022, 14:34
Cəmiyyət
A A
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir – Rövşən Rəcəbov

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər.

Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana tarixi səfəri hər iki dövlət arasında münasibətlərdə yeni mərhəlinin əsasını qoydu.

Avqustun 24-də geniş tərkibli görüş başa çatdıqdan sonra Azərbaycan və Qazaxıstan dövlət rəhbərləri, hər iki ölkənin hökumət rəsmiləri, o cümlədən transmilli şirkətləri bir çox sahələrdə ikitərəfli münasibətlərin dinamik inkişafına, şaxələnməsinə və əməkdaşlığın daha da möhkəmlənməsinə istiqamətlənən anlaşma memorandumları və sazişlər imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında imzalanan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və strateji müttəfiqliyin möhkəmləndirilməsi üzrə komplex proqramı və bəyannamə Azərbaycan və Qazaxıstanın bir sıra siyasi məsələlərin həllində və regional təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyətini daha da gücləndirəcək.

Bundan əlavə, Azərbaycan və Qazaxıstan digər sahələr, xüsusilə mədəniyyət, təhsil, texnologiya, innovasiya və ticarət üzrə qarşılıqlı əlaqələrdə öz təcrübələrini bölüşəcəklər.

Mərkəzi Asiyanın türk cümhuriyyətləri artıq Türkiyə və Azərbaycanın öncüllük, liderlik etdiyi inteqrasiya proseslərində fəal şəkildə rol almaqdadır. Türk birliyinin qurulması istiqamətində inteqrasiya prosesinin ən fəal aktorları isə məhz Özbəkistan və Qazaxıstandır. Mərkəzi Asiyanın bütövlükdə gələcək taleyini və yönünü də məhz bu iki dövlətin aktiv mövqeyi müəyyən edəcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərləri, bunun ardınca isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bugünlərdə ölkəmizə rəsmi səfər etməsi bütün türk dövlətlərinin qarşılıqlı münasibətlərinin genişləndirilməsində həlledici rol oynayacaq.

Bütün Türk dünyasının gələcək sıx inteqrasiyası da məhz bu dörd ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın sarsılmaz dostluğundan və işbirliyindən asılı olacaq. Bu dördlük bütün Türk dünyasını öz arxasınca çəkib aparan, onu gələcəyə götürən lokomotiv rolunu oynayacaq. Bunun üçün bütün imkanlar və əlverişli zəmin var. Hazırda bu dörd ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz demək olar ki, bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür.

Biz bu gün Qazaxıstanla bir çox sahələrdə əməkdaşlığı getdikcə genişləndiririk. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirak etməsini də ayrıca qeyd etməyimiz lazımdır. Qardaş ölkənin Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi Qazaxıstan rəhbərliyinin Azərbaycana qarşı sərgilədiyi əsl qardaşlıq münasibətinin göstəricisidir. Bu həm də iki ölkə arasında humanitar əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq. Bu gün Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişlənməsində, Mərkəzi Asiyanın ən böyük ölkəsi sayılan Qazaxıstanın Türk dünyasına inteqrasiyasının dərinləşməsində Prezident İlham Əliyevin rolu və gördüyü işlər xüsusi qiymətləndirilməlidir.

İlham Əliyev Qazaxıstanın ali ordeni – “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif edilməsi də bu fikrimizi təsdiqləyir. Tokayevin dövlətimizin başçısını belə bir ali ordenlə təltif etməsi bilavasitə İlham Əliyevin Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan Türk dünyasının inteqrasiyası prosesində üzərinə düşən əlaqələndiricilik missiyasını uğurla yerinə yetirir.

Rövşən Rəcəbov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi

Əvvəlki yazı

Xankəndidə TƏŞVİŞ: separatçı rejim əhaliyə səsləndi

Sonrakı yazı

Oyun dünyasının gələcəyi “buluddur”

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.