21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir

20 İyun 2022, 12:11
Cəmiyyət
A A
Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir

 

Siyasi ekspert və şərhçilərin qənaətincə Azərbaycan postpandemiya dövrünə əminliklə keçid edən nadir ölkələr sırasındadır. Bir-birini əvəzləyən möhtəşəm tədbirlər – Teknofest 2022, Formula I-Azərbaycan Qranprisi 2022-yə ev sahibliyi etməklə dünyanın nəzərləri gah Bakının səmasına, gah da yollarına dikildi. Siyasi baxışların qara bulud kimi toqquşduğu görüşlər, yerlə göy arasında çarpışmada olan dövlətlərin fonunda Azərbaycan beynəlxalq birliyi qlobal məsələlərin müzakirəsinə dəvət etdi. Eyni sürət və templə iyunun 16-da IX Qlobal Bakı Forumu işə başladı. Mövzusu “Qlobal dünya nizamına təhdidlər” olan forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Zərurətdən doğmayan təsadüf yoxdur. Dünya nizamının dağılması ilə nəticələnə biləcək təhdidlərin hökm sürdüyü bir dövrdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə reallaşan forum, əlbəttə ki, yeni yanaşma və konseptlərin işlənib hazırlanmasına töhfəsini verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrildiyini dövlət başçısı qürurla vurğuladı. Forumun açılışında çıxış edən prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik məsələləri beynəlxalq arena və gündəlikdə duran əsas tezisdir. Avropadakı cari vəziyyətlə bağlı açıq müzakirələrin aparılması tələbi, sözsüz ki, rəsmi Bakının mövqeyinin aydın və dəqiq konturlarını şərtləndirir. Azərbaycan prezidentinin “böhran qaçılmazdır və artıq yaxındadır”- ismarıcı beynəlxalq təşkilatları diqqətli olmağa sövq edir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazarın olmasının vacibliyini vurğulayan dövlət başçısı enerji bazarlarındakı mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu dilə gətirdi. Bu da öz növbəsində çağdaş Azərbaycanın işıqlı gələcəyinə hesablanan iqtisadiyyatda dayanıqlı inkişaf konsepsiyası və bu sahədə mütəmadi təhlillərin dövlət fəaliyyətində mərkəzi yer tutduğuna dəlalət edir.

Forumda Azərbaycan ədalətli mövqeyini dahi mütəfəkkir Nizami Gəncəvinin təbirincə sərgilədi:
“Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!”
“Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi” – deyən İlham Əliyev dünya birliyinə bir daha səsləndi ki, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır. Azərbaycan sülh və sabitliyi təkcə özü üçün deyil, regionun da inkişafı naminə istəyir. Atılan addımlar isə qarşılıqlı olmalı, hər iki ölkə gələcəkdə ərazi iddialarından çəkinməlidir. Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl etməsinin vacibliyinə toxunan dövlət başçısı regional sülhün fundamental elementlərinə də tarixi keçid etdi. Zəngəzur dəhlizi! “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.

Bəli, Odlar yurdunun mövqeyi, etnokulturuloji birliyin siyasi-ideoloji üfüqləri gün kimi aydındır! Rəsmi Bakı Ermənistandan da eyni addımları gözləyir. Çünki Azərbaycanla əməkdaşlıq dürüstlük, hünər, cəsarət və iradə istər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan forumla bağlı fikirlərimizə dahi şairin aşağıdakı misraları ilə xitam veririk: “İradəsiz olma, iradəsizlər, ayaqsız qurd kimi yerdə sürünər”.

Elnura Cavadzadə
Filologiya üzrə elmlər doktoru

Əvvəlki yazı

Rusiya 34 minə yaxın əsgərini itirib

Sonrakı yazı

Sahil Babayev narazı qazilərdən danışdı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.