05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan – Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcək

06 Fevral 2023, 11:18
İqtisadiyyat
A A
Azərbaycan – Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcək

 

Azərbaycanla Rumıya arasında dövlətlərarası dostluq və əməkdaşlıq hələ XV əsrdən başlayıb. Bu əlaqələr demək olar ki, tarixdən gələn münasibətlərə söykənir. İki dövlət arasında münasibətlər isə həmişə xoş məramlı olub.
Rumıniya 11 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini qardaş Türkiyədən sonra rəsmi şəkildə tanıyan ikinci ölkədir. Avropa ölkələri arasında isə ilk ölkədir. Ölkələrimiz arasında diplomatik əlaqələr artıq 19 iyul 1992-ci il tarixdə yaradılmışdır.
Rumıniyanın Azərbaycan Respublikasında Səfirliyi 3 noyabr 1998-ci ildən, Azərbaycanın Rumıniyada Səfirliyi isə 21 may 2001-ci ildən fəaliyyət göstərir.
Bu müddət ərzində Azərbaycan Rumıniya arasında strateji tərəfdaşlıq olub və iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün əlverişlı zəmin formalaşıb.
2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Dövlət başçımızın Rumıniya Respublikasının rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu ildə sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlıgın qurulması haqqında Bəyannamə” imzalanıb.
Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.
Azərbaycan və Rumıniya iqtisadi komissiyası ötən illər ərzində görüşlər keçirib. Bir sıra məsələlər müzakirə olunub. Komissiya bu il də görüşməyi qərara alıb.
Enerji gündəliyi ilə bağlı əməkdaşlıq üçün də geniş perspektivlər vardır. Bu perspektivlər komissiyanın işini daha da intensivləşdirəcəkdir. Eyni zamanda enerji layihələri Azərbaycan və Rumıniya tərəfdaşlığını şübhəsiz ki, daha da gücləndirəcək.
Azərbaycan və Rumıniya arasında olan yüksək səviyyədə görüşlər və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Hər bir sahədə olduğu kimi ticari-iqtisadi sahələrdə də ürəkaçan nəticələr mövcuddur. Ticarət dövriyyəsi bu günə kimi iki dəfədən çox artmışdır. Dövriyyənin daha da artırılması nəzərdə tutulub. Belə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Görüşdə energetika sahəsinin müzakirəsinə də geniş yer verilib. Qeyd edilib ki, Energetika təkcə Rumıniya Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.
Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına”.

Görüşdə digər sahələrin, eyni zamanda nəqliyyat sahəsinin də prioritet təşkil edə biləcəyi qeyd olundu. Dövlət başçımız həm qaz, həm yaşıl enerji dəhlizlərinin o cümlədən nəqliyyat sahəsinin gözəl nəticələr verəcəyinə əmin olduğunu bildirdi.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Qubada sərxoş sürücülər aşkarlanıb

Sonrakı yazı

Türkiyədə üç hava limanı bağlandı

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.