06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı

19 Oktyabr 2021, 12:28
Cəmiyyət
A A
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı

Ermənistan respublikası beynəlxalq standartlara məhəl qoymayaraq Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etmişdi.
Əsrlərdən bəri olduğu kimi Azərbaycan torpaqlarını mənimsəyərək özlərinə dövlət yaradan ermənilər yerləşdikləri ərazilərdən azərbaycanlıları sıxışdıraraq öz tarixi torpaqlarından çıxardaraq etnik təmizləmə işlərini davam etdirdilər.
Sovet dönəmində də yurdsuz ermənilər Rusiyanın köməyi ilə Azərbaycanın bir sıra, hektarlarla ərazilərinə sahib çıxmışlar.
1988-ci ildən ermənilər yenidən azərbaycanlılara qarşı etnik təmizləməyə başladılar. Əsrlərdən bəri olduğu kimi, İrəvanda, Xankəndində və Qarabağın bir sıra ərazilərində azərbaycanlılara qarşı qəddar hərəkət etməyə, onlara işğəncə verməyə, incitməyə və nəhayət yurd-yuvalarından qovmağa – didərgin salmağa başladılar.
Getdikcə azğınlaşan ermənilər bir çox ərazilərdən azərbaycanlıları çıxartdıqdan sonra, bir vaxt sığınacaq kimi məskunlaşdıqları Qarabağa silahlı hücum etdilər. Evləri, tarlaları yandırdılar, dinc sakinləri qətlə yetirdilər. 1992-ci ilin fevral ayında – soyuq bir qış günündə Xocalıya hücum çəkərək, hətta öz yurd-yuvalarını qoyub qaçmaq istəyən əhalini belə yaxalayaraq qətlə yetirdilər. Xocalılara qarşı soyqırım törətdilər. Xocalını yer üzündən sildilər. Yüzlərlə mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirildi.
Erməni quldurları insanların yaşamaq və evlərinə qayıtmaq kimi hüquqlarını kobudcasına pozdular. Lakin hərbi təcavüzə görə Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyri şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsindən imtina etməsinə baxmayaraq, rəsmi İrəvana qarşı heç bir sanksiya tətbiq edilmədi. Təcavüzkar dövlətlə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmadı.
Ermənistan isə işğalı davam etdirir, işğal etdikləri ərazilərdə durmadan cinayətlər törədir, Azərbaycanın yeraltı, yerüstü sərvətlərini talan edərək xarici şirkətlərə satır, Azərbaycanın tarixi-mədəni abidələrini dağıdıb və yaxub mənimsəməyə çalışıb. Azərbaycanın dini, mənəvi irsini məhv edib.
Azərbaycan bütün ölkələrin suverenliyini, sərhədlərini və ərazi bütövlüyünü tam dəstəkləyir, heç bir ölkəyə təcavüz etmir. Azərbaycan qədim tarixə sahib olan tolerant bir ölkədir.
2011-ci ildə dövlətimiz Qoşulmama Hərəkatına üzv oldu və qısa bir müddətdə Hərəkat üzvlərinin böyük hörmət və etimadını qazandı. Odur ki, Azərbaycan, Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019-2022-ci il tarix müddətinə Hərəkata sədr seçildi. Yüksək səviyyədə humanist, yerində və düzgün qəraqlar qəbul edən Azərbaycanın sədrlik vaxtı bir il də uzadılır.
Qoşulmama Hərəkatı Beynəlxalq arenada öz ədaləti və həmrəyliyi ilə sülh naminə göstərdiyi səylər vasitəsi ilə beynəlxalq arenada mühüm rol oynamışdı.
Qoşulmama Hərəkati BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısıdır. Bu hərəkat sülh və ədaləti təbliğ edir. Qoşulmama Hərəkatı heç bir bloka qoşulmur və tərəfsizdir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 mln. ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi vermişdi ki, həmin yardımın yarısı Qoşulmama Hərəkatına yardım idi.
Qoşulmama Hərəkatı daxil olmaqla Azərbaycan 150 ölkəyə humanitar yardım göstərmiş, 4 ölkəyə 150 min doza peyvənd ianə etmişdi.
2020-ci ilin sentyabr ayının 27-də Ermənistan ordusu “Dənizdən dənizə” xülyalarını yerinə yetirmək üçün Azərbaycana qarşı yenidən genişmiqyaslı hücumlar etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin tarixdən respublikada səfərbərlik elan etdi. Azərbaycan xalqı bu səfərbərliyi çoxdan gözləyirdi.
Azərbaycan ordusu, Azərbaycan xalqı öz torpaqlarını qorumaq və eyni zamanda 30 ilə yaxın düşmən əsarətində olan ərazilərimizi geri almaq üçün əks hücuma keçdi. 44 günlük vətən müharibəsi ərzində əzəli-əbədi torpaqlarımız geri alındı.
Şəhla Ağbulud

Əvvəlki yazı

Saakaşvili klinikaya köçürülə bilər

Sonrakı yazı

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.