10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərbaycan” qəzeti Kənd Təsərrüfatı Nazirliyini “vurdu” – Tənqidi məqalə

12 May 2018, 11:49
Gündəm
A A
“Azərbaycan” qəzeti Kənd Təsərrüfatı Nazirliyini “vurdu” – Tənqidi məqalə
Rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında kənd təsərrüfatı məhsulları qiymətlərinin baha qiymətə satılmasını tənqid edən məqalə dərc olunub.
BakuPost “Nübar… qiymətlər” adlı həmin məqaləni təqdim edir:
Bu iqtisadiyyat ki var, hamımızın dəfələrlə baxdığı məlum filmdə aktyor Səməndər Rzayevin personajının dediyi kimi, həm vacibdir, həm də qəliz. Vacibliyini bilməyən, görməyən, yaşamayan yoxdur. Qəlizliyinə gəldikdə isə, burada məsələ bir qədər başqa cürdür.
Qısa və sadə dildə desək, iqtisadiyyat bazis kimi də, elm kimi də elə bir sahədir ki, burada səhv keçmir (səhv ediləndə qaş düzəldiləsi yerdə göz çıxır), yalan işləmir (hansısa yalan göstəricilər gec, ya tez real rəqəmlərlə təkzib edilir), gizlətmək mümkün olmur (iqtisadi siyasətin səfasını, yaxud cəfasını müxtəlif dərəcədə hamı yaşayır). Elə bu səbəblərə görədir ki, iqtisadiyyatı dövlətin sözü, hökumətin üzü hesab edirlər.
Nə isə, keçək mətləbə. Qızmar yaz günlərini yaşayırıq, hətta o dərəcədə ki, sanki yaydır. Havanın hərarəti 30 dərəcə civarındadır. Belə götürəndə, bu il heç əməlli-başlı qış da olmadı. Yüksək dağlıq ərazilərə yağan qarı nəzərə almasaq, ağ fəslin ləzzətini çıxara bilmədik. Əslində bütün bunlar Cənub ölkəsi üçün istisna kimi qəbul edilməməlidir, yəni normada elə belə də olmalıdır. Anormallıq 5-6 il əvvəlki 15-20 dərəcə şaxtalı qış idi ki, şükür, ondan sonra bir daha ölkəmizin qapısını döyməyib.
Hamının bildiklərini, gördüklərini, yaşadıqlarını xatırlamaqda məqsədimiz var. O da bundan ibarətdir ki, belə iqlim ilk növbədə kənd təsərrüfatı üçün çox əlverişlidir. Hətta qışda toxum səpilmiş sahələrin “yorğan”dan – qardan məhrum olmasının fəsadları baş versə belə, əkin-biçin üçün isti iqlimin üstünlükləri danılmazdır. Əgər bu zaman söhbət ziyanvericilərin əkilmiş və səpilmiş bitkilərə vurduğu, daha doğrusu, vura biləcəyi zərərdən gedirsə, onlara qarşı mübarizədə təbii vasitədən – qardan, şaxtadan savayı, digər qeyri-təbii üsullar da var və bütün Cənub ölkələrində, o cümlədən Azərbaycanda onlardan səmərəli istifadə edilir. Belə olmasaydı, Azərbaycanı deyə bilmərik, digər Cənub ölkələrində, məsələn, qonşu Türkiyə və İranda ildə 2-3 dəfə məhsul götürə bilməzdilər. İldə 2-3 dəfə məhsul isə təkcə bolluq və əlavə ixrac imkanı yox, həm də daxili bazarda ucuzluq deməkdir.
Nəhayət, gəlib çatdıq bayaqdan keçid etmək istədiyimiz qiymət məsələsinə. Bu günlər paytaxtdakı tanınan supermarketlər şəbəkəsinin mağazalarından birindən alış-veriş edirdik. Gözümüz meyvə-tərəvəz şöbəsindəki nübar… qiymətlərə sataşdı – gilas 17-18, adını göyçəyə dəyişmiş alça – 10-12, pomidor 3-5, xiyar 1,5-5 manat və s. Biz hələ mövsümü olmadığı üçün ərik və şaftalının, idxal edilmiş ekzotik meyvələrin qiymətlərinə toxunmuruq və belə meyvələrin imkanlı alıcılar üçün satıldığını anlayışla qəbul edirik.
Amma gilas da, alça da, xiyar-pomidor da özümüzdə yetişir və bir də mövsümüdür axı… Haradan götürülüb, necə hesablanıb, nəyə əsaslanıb və nəhayət, kimin üçün nəzərdə tutulub bu soyğunçu qiymətlər?! Deyirlər, ixrac artıb, ona görə də daxili bazarda bahalıqdır. Kökündən yalandır. Düzdür, ixrac artıb, lakin yerli istehlakın yox, istehsalın hesabına. Əks halda qıtlıq olardı, halbuki böyük bazarlardan və supermarketlərdən tutmuş məhəllə dükanlarınacan doludur alça-gilas və xiyar-pomidorla. Hamısında da qəpik-quruş fərqi ilə eyni qiymətə. O qiymətə ki, onlar orta statistik alıcının maddi imkanı xaricindədir.
Təkcə regionda deyil, bəlkə də dünyada Azərbaycandakı qədər və səviyyədə dövlət tərəfindən aqrar sektora hərtərəfli dəstək verilən ikinci bir ölkə tapmaq çətindir. Hansı ölkədə kənd təsərrüfatı məhsulları istehsalçıları bütün növ vergilərdən azaddırlar?! Harada kəndliyə bir çox məhsullar üzrə əkdiyi hər hektara görə nağd formada subsidiya verilir?! Yaxud, hansı ölkənin fermeri güzəştli qiymətlə toxum, gübrə, cins heyvan, texnika ilə təmin olunur?! Bu cür güzəştlər birdirmi, beşdirmi, hansını deyəsən, hansını sadalayasan?! Hanı bəs bunların nəticələri? Əgər may ayında yaz meyvə-tərəvəzinin qiymətləri bu bahalıqdadırsa, icazə verin belə qənaətə gələk ki, dövlətin böyük səxavətlə kənd təsərrüfatına ayırdığı milyon manatlarla vəsaitdən nə istehsalçı yararlana bilir, nə də istehlakçı! Həmin vəsaitdən xeyir görən varsa, o da istehsalçı və istehlakçının arasına girmiş inhisarçı dəllallardır. Bəlkə də sərt qənaətdir, amma istehlak bazarında artıq neçə vaxtdır davam edən bu əsassız bahalığı başqa heç nə ilə izah etmək, sadəcə, mümkün deyil.
Yazımızın əvvəlində iqtisadi qanunauyğunluqları qeyd etdik. Həmin qanunauyğunluqlardan biri də qiymətlərin tələb-təklif əsasında formalaşmasıdır. Ancaq bu gün heç kim iddia edə bilməz ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz yaz nemətlərimizin nübar qiymətlərinin bu səviyyədə olmasının səbəbi tələbdir. Düzdür, tələb var, yazda kimin nəfsi alça-gilas, xiyar-pomidor istəmir ki… Lakin gəlin görək həmin istəyi qarşılamağa əksəriyyətin imkanı çatırmı? Təbii ki, yox. Evə qonaq gələndən gələnə az qala qramla alınan meyvə və tərəvəz hələ təklifin qarşılanması deyil. Elə isə bu, hansı iqtisadi qanunauyğunluğa əsaslanan təklifdir ki, onu tələb yox, tamam fərqli məlum amillər şərtləndirir?!
Azərbaycan həm də istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan çoxsaylı və çoxmərtəbəli dövlət qurumlarına malik ölkədir. İndiki struktur islahatlarında onların bəziləri birləşdirilir, bəzilərininsə səlahiyyətləri artırılır. Sözümüz bunda deyil. Məsələ ondadır ki, həmin çoxsaylı və çoxmərtəbəli qurumların heç biri indiyəcən ölkənin istehlak bazarında xüsusən qiymət özbaşınalığının qarşısını almaq üçün ciddi tədbirlər görə bilməmişlər. Yalnız ən yüksək səviyyədə bu sahədə onlara irad tutulandan sonra hərəkətə gəlmişlər, o da qaldırılan problem gündəmdən düşənəcən. Sonra yenidən görməli olduqları işlərini atıb öz işlərini davam etdiriblər. Nəticə göz qabağındadır: ölkədə istehlakçıların ən azından qiymət sarıdan nə hüquqları qorunur, nə də inhisarçılığa son qoyulur.
Biz hələ nisbətən yeni yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-ni demirik. Demirik ona görə ki, yəqin, çoxlarının yadından çıxıb belə bir vacib sahəyə cavabdeh olan (daha doğrusu, olmalı olan) qurumun varlığı. Yaradılanda hamı – istehsalçı da, istehlakçı da sevindi ki, nəhayət, kənd təsərrüfatı məhsulları tarladan, fermadan piştaxtaya gəlib çıxanacan əldən-ələ düşüb əsassız bahalaşmayacaq, bu işlə dövlət təşkilatı məşğul olacaq və bununla tədarük sahəsində rəqabət formalaşacaq və o da sonda ucuzluğa gətirib çıxaracaq. Lakin ASC-nin fəaliyyətə başlamasından (əgər belə demək mümkünsə) xeyli keçsə də, gözləntilər gözümüzdə qalıb. İnhisarçılar istehlak bazarında at oynatdıqları üçün qiymətlər də at belindədir. Bu yerdə inhisarçıların gücünə və bacarığına heyrət etməkdən savayı əlacımız qalmır. Əgər hətta dövlət tərəfindən görülən inzibati tədbirlərdən sonra (məsələn, kərə yağının qiyməti ilə bağlı) qiymətlər ucuzlaşmırsa, heyrətlənməyib nə edəsən?!
Amma bütün hallarda ümid yenə dövlətin bu sahədəki siyasətinə və yeni hökumətin əlaqədar mərkəzi icra orqanlarınadır. Məlum olduğu kimi, bu məsələyə birbaşa və ən çox aidiyyəti olan Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq bazasında dövlət agentliyi yaradılıb. Sözsüz ki, bu kadr və struktur islahatlarının səbəbləri var və onların sırasında istehlak bazarındakı əsassız bahalığın olduğuna heç kim şübhə etmir. Şübhə edilməyən həm də yeni kadrların və qurumun qarşısında duran vəzifənin məsuliyyətli və mürəkkəb olmasıdır. Heç kimə bazar iqtisadiyyatı və bundan irəli gələn liberal qiymətlər şəraitində istehlak bazarına müdaxilə etmək asan gəlməsin, xüsusən də həmin müdaxiləni dövlət qurumları etməlidirsə. Bu səbəbdən müdaxilə zamanı elə üsul, elə tədbirlər seçilməlidir ki, onlar inzibati yox, iqtisadi xarakter daşısın, yəni nə bazar iqtisadiyyatının yazılmış və yazılmamış qaydaları, nə də istehsalçı və istehlakçıların hüquqları pozulsun. Bunun isə ilkin çarəsi inhisarçılığa qarşı mübarizəni gücləndirib sağlam rəqabətə meydan verməkdir. Çünki iqtisadiyyatın dəyişməz şərtləri məhz bu cür meydanda səmərə verir – səhv keçmir, yalan işləmir, gizlətmək mümkün olmur.
Əvvəlki yazı

Yeni nazir Eldar Mahmudovun həbs etdiyi generalın oğluna vəzifə verdi

Sonrakı yazı

Nazirlikdən XƏBƏRDARLIQ: “Bu şəxslər 25 min manat cərimələnəcəklər”

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.