“Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil”
Bu barədə Reportyor.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
“Eyni zamanda bildiririk ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”, – məlumatda qeyd olunub.