18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Ordusu Zəngəzurda! Qlobal dəhliz uğrunda indi əsl müharibə başlayıb…

13 Aprel 2023, 12:08
Siyasət, Manşet
A A
Azərbaycan Ordusu Zəngəzurda! Qlobal dəhliz uğrunda indi əsl müharibə başlayıb…

11 apreldə Gorus – Laçın istiqamətində baş verən silahlı toqquşma Zəngəzur müharibəsinin başlanmasının ilkin elementləridir. Bəli, Dağlıq Qarabağ münaqişəsi yoxdur, indi Zəngəzur savaşı başlanıb. Bu da tez-tez hərbi münaqişələrlə müşayiət olunacaq. Anaxeber.info-nun siyasət şöbəsi yazır ki, 11 aprel təxribatını törədən ermənilər bu prosesdə maşa kimi istifadə olundular. İran Zəngəzur dəhlizinin açılmasına müqaviməti ermənilərin əli ilə bölgəni qarışdırmaqla göstərir. Onun müttəfiqi Rusiya da indiki vəziyyətdə dəhlizin açılması üçün tələsmir, çünki nəzarət özündə olmaya bilər. Aprelin 12-də brifinq keçirən Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın da sözlərindən belə çıxırdı ki, şərti sərhəddə baş verən qarşıdurmanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidməti işçiləri sakitləşdirib.

Hərçənd Ermənistan Baş nazir aparatının rəsmisi Armen Xaçatryan bunun tam əksini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan yüksək vəzifəli şəxsləri arasında danışıqlar sayəsində atəşkəs əldə olunub. Yəni Rusiya öz rolunu gözə soxmağa çalışır. Bunun ardınca Zaxarova elan etdi ki, tərəflər Rusiya ərazisində görüşməyə razılaşıb. Halbuki Vaşinqtonda liderlərin müzakirəsi gözlənilirdi.

 

Buradan da hiss olunur ki, Rusiya yenə araya bitib prosesi pozur, vasitəçiliyi əldən vermək istəmir. Ona görə də 11 aprel toqquşması bir yandan rusların maraqlarına xidmət edir, bir tərəfdən də İranın dəhlizin açılmaması üçün arzularını ifadə edir. Faktiki Tehran və Moskva ermənilərin əli ilə bölgədəki prosesləri koordinasiya edir, təxribatları təşkil edirlər. Yeri gəlmişkən, ötən gün baş nazir Nikol Paşinyan hökumətin iclasında bir daha təkrarladı ki, erməni ordusunun içərisində “5-ci kolon” var.

Bundan əvvəl də eyni ifadəni işlədən Nikol, 11 aprel döyüşlərindən dərhal sonra bu məsələni yenidən dilə gətirirsə, deməli, belə mesaj verir: sonuncu insidentdə bizlik heç nə yoxdur, ordu daxilindəki “5-ci kolon” sifarişi icra edib. Sözsüz ki, Paşinyan Rusiyaya işarə etmişdi və orduya tam nəzarət edə bilmədiyini etiraf eləmişdi. Erməni tərəfi onu da istisna etmir ki, hər an eskalasiya baş verə bilər. Çünki hər iki tərəf mühəndis – istehkam işləri aparır və nəticədə belə gərginliklər yaşanır. Gorusun Dığ kəndi yaxınlığında baş verənlər də təsdiqləyir ki, Azərbaycan Ordusu Zəngəzurdadır, ciddi mövqelər götürmüşük.

Erməni deputat Xaçatryan da hakimiyyəti ittiham edərək bildirib ki, İrəvan gizlədir, lakin son hadisədə Azərbaycan ciddi mövqelərə sahiblənib və addım-addım Zəngəzuru nəzarətinə götürməkdədir. Biz bununla həm dəhlizi açmağa məcburetmə əməliyyatı aparırıq, həm sərhədləri dəqiqləşdiririk, həm Laçın yolunun əvvəlki rejimdə işləməsi üçün Ermənistana şərtlərimizi diqtə edirik: ya Zəngəzur dəhlizi də eyni statusda olacaq, ya da Qarabağdakı ermənilər Laçın yolundan əvvəlki qaydada istifadəni unutsunlar!

Beləliklə, Zəngəzur müharibəsi başlanıb və qədim Azərbaycan torpaqlarına xeyli dərəcədə yaxınlaşan qəhrəman Ordumuz tarixi bir prosesi reallaşdırır. Bu hədəfə çatmaqda şəhidlər də veriləcək, Bakıya təzyiqlər də artacaq, İran rejimi məkrli və xain planlar da quracaq, amma dəhliz ya açılacaq, ya açılacaq…Çünki bunu London, Pekin, Moskva, Ankara istəyir və Ermənistan da bu yoldan iqtisadi dividentlər götürəcək.

Yeri gəlmişkən, hu hadisələr fonunda  Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxardıb. Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Yəni İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar. Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Doğru qərardır.

 

İrəvan Avropa İtifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir. Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı…”

Bundan əlavə, Paşinyan Sərhəd Qoşunlarının komandanı Arman Maralçyanı vəzifəsindən uzaqlaşdırıb. Sərhəddə baş verən son döyüşlərdən sonra bu qərarın verilməsi o nəticəni ortaya çıxarır ki: Ermənistanın verdiyi itkilərin günahı Maralçyanın üzərinə qoyuldu; SQ komandanı təxribat əməliyyatını uğurla həyata keçirə bilmədiyi üçün cəzalandırıldı. Kəsəsi, proseslər göstərir ki, Azərbaycan-Ermənistan sərhədində çoxtərəfli oyun gedir.

 

 

Anaxeber.info

Əvvəlki yazı

Dollar qlobal bazarlarda gücünü itirir

Sonrakı yazı

Nazir Qurum: Fəlakət evlərimiz sürətlə artır

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.