24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir

05 Fevral 2024, 11:28
Cəmiyyət
A A
Prezident AŞPA-ya xəbərdarlıq etdi

Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal etdikdən sonra ATƏT-in Minsk Qrupu yaradılıb. Bu qrup 28 il fəaliyyət göstərib. Lakin buna fəaliyyət demək olarsa. Mirsk Qrupu bu müddət ərzində demək olar ki, yalnız vaxtı uzatmağa çalışıb. Bir neçə bəyanat verməklə kifayətlənib. Ermənistan tərəfi isə bu bəyanatlara məhəl qoymayıb. Bununla belə işğalçı tərəf barədə heç bir ölçü götürülməyib.

 

Bir milyondan artıq məcburi köçkün olan soydaşlarımızın öz torpaqlarına geri qaytarılması təmin edilməyib.

 

Azərbaycan tərəfi Minsk Qrupunun üzv dövlətlərinin Ermənistana təzyiq göstərməsi barədə təkliflər irəli sürdüyü halda MQ tərəfindən heç bir addım atılmayıb. Əksinə, işğalçı və işğal olunan tərəf eyni tutulub. Qəribədir ki, bir sıra ölkələr də işğalçı Ermənistanın tərəfini saxlayıb, işğal müddətində Ermənistana maddi yardım edib, eyni zamanda silah-sürsat göndərib.

 

30 ilə yaxın bir müddətdə bu münaqişənin sülh yolu ilə nizama salınmasına çalışan Azərbaycan tərəfi, artıq öz gücü ilə, müharibə edərək öz tarixi ərazilərini geri qaytardı.

 

Üçtərəfli Bəyannaməyə əsasən Ermənistan Kapitulyasiya Aktına imza atdı. Lakin aktdakı şərtlərin əksəriyyətinə əməl etmədi. Ermənilər işğal etdikləri əraziləri tərk edərək evləri, yandırmış, meşələri doğramış, ərazilərə on minlərlə minalar basdırmışlar. Yüzlərlə mülki insan bu minalara düşərək həyatını, yaxud sağlamlığını itirmişdi. Erməni separatçıları isə öz çirkin əməllərindən əl çəkməyərək Xankəndiyə silah-sürsat toplayaraq terrora davam edirdilər. Ermənilər daha 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam etdilər.

 

Nəhayət Azərbaycan tərəfi cəmi 23 saat ərzində antiterror əməliyyatı keçirərək bu işğala və terrora son qoyub. Öz tarixi ərazilərini geri qaytararaq ərazi bütövlüyünə və suverenliyinə qovuşdu.

 

Fevral ayının 1-də cənab İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Qəbul zamanı M.Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev ərazi bütövlüyünün və suverenliyin təmin olunmasının Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib, eyni zamanda bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb. Dövlət başçısı onu da diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

 

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Bir neçə aydır ki, ölkələrimiz arasında sülh şəraiti hökm sürür. Lakin bu prosesin başa çatması üçün sülh müqaviləsi imzalanmalıdır və Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Lakin Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın yenidən ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Qarabağın Ermənistana birləşdirilməsi kimi bir sıra çağırışlar var. Bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Bu da Ermənistanla Azərbaycan arasında sülh prosesinin yenidən pozulmasına gətirib çıxara bilər.

Bir sıra Avropa ölkələri, əsasən də Fransa Ermənistana haqq qazandırmaqla, Ermənistanı dəstəkləyərək, işğalçılara, terrorçulara hər cürə yardım etməklə, demək olar ki, terroru dəstəkləyərək dağıdıcı siyasət həyata keçirir. Regionda gərginliyə səbəb olur. Bununla da Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq, nüfuzunu gücləndirmək istəyir. Lakin bunların hamısı, demək olar ki, boş planlardır.

 

Azərbaycan Prezidenti eyni zamanda vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqlarının bərpa edilməli olduğunu və Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

 

Martin Çunqonq parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmağı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırdı.

 

Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Bakıda Rüstəm İbrahimbəyovun ev muzeyi açılacaq

Sonrakı yazı

Azərbaycanda yeni universitet binası tikilir

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.