Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Reportyor.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,88 ABŞ dolları və ya 1,01% artaraq, 87,76 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 83,79 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.