Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Reportyor.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,8% və ya 0,58 dollar artaraq 77,15 ABŞ dolları ticarət edilib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 74,51 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.