02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan müharibə təhdidindən çəkinmir” – Könül İsmayılova

23 Sentyabr 2020, 15:40
Siyasət
A A
Azərbaycan müharibə təhdidindən çəkinmir” – Könül İsmayılova

Birləşmiş Millətlər Təşkilatı özünün 75-ci ildönümünü qeyd edir. 1945-ci ilin oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması haqqında qanun qüvvəyə minib. Bu qanun Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Çin, Fransa və digər dövlətlər tərəfindən imzalanıb. 1971-ci ildə BMT-nin Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Ölkə başçısı İlham Əliyevin BMT-nin 75-ci ildönümünü ilə əlaqədar çıxışını Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova vurğulayıb ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv seçildikdən sonra bu əlamətdar günü qeyd edir.

Könül İsmayılova Prezident İlham Əliyevin BMT-nin 75 illiyi ilə bağlı çıxışına diqqət çəkərək, həqiqətən də BMT-nin gücləndirilməsinə və islahata ehtiyac duyulduğunu bildirib:

“Prezidentimiz çox gözəl qeyd etdi ki, – “Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”. Hesab edirəm ki, cənab Prezidentin bu çağırışı lazımi dairələrin diqqətindən yayınmayıb”.

MMP sədr müavini təəssüflə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edilsə də, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir:

“Prezidentimizin Ermənistanın işğalçı siyasəti haqqında söylədiyi fikirlər faktdır və ola bilməz ki, dünya ölkələri bu faktı görmür. Ölkə başçısının da dediyi kimi, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Ermənistan Xocalı soyqırımını törədib, 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb. Üstəlik, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, xalqımıza məxsus tarixi və dini abidələri məhv edib və etməkdədir”.

Xanım siyasətçi Azərbaycan Prezidentinin sözünün qüvvəti olaraq vurğuladı ki, bu gün Ermənistan mülki əhalini hədəf seçib:

“Son hadisələr bir daha göstərir ki, mənfur düşmənlərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Cənab Prezident çıxışında vurğulayıb ki, Ermənistan sülh prosesində iştirak etmir. O bildirir: “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir.” Görünür, Azərbaycan Prezidentinin həmin yeddi şərti rədd etməsi bədxah qonşularımızın sonuncu ümidlərini də puç edib. Bu gün isə Ermənistan tərəfin müharibəyə hazırlığı diqqəti çəkməkdədir. Ölkə başçımızın da dediyi kimi, – “Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”. Qısası, düşmən öz çirkin niyyətindən əl çəkmək istəmir. Buna baxmayaraq, Prezidentimiz də öz fikrində qalır, bildirir ki, – “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”. Amma hər şeyin bir sonu var və Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bilməlidir ki, Azərbaycanın güclü Ordusu və vətənpərvər xalqı heç bir müharibə təhdidindən çəkinmir”.

Əvvəlki yazı

İlham Əliyev: “Balaxanının yeni dövrü başlayır”

Sonrakı yazı

Azərbaycanda şirkət rəhbəri həbs edildi (RƏSMİ)

Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.