26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

11 İyun 2024, 10:26
Cəmiyyət
A A
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

 

Azərbaycanla Misir arasında hələ orta əsrlərdən dost münasibətləri qurulub. Ortaq mədəniyyətə malik olan hər iki ölkə arasında ta qədimdən xalqlararası əlaqələr olub və hətta sovet dönəmində belə bu isti münasibətlər qorunub saxlanılıb. Müstəqillik illərində isə bu dostluq əlaqələri daha da möhkəmlənib, inkişaf edib. Ümumiyyətlə tarixən ərəb dünyası ilə Azərbaycanın tarixi-mədəni bağlılığı olub. Dinimiz, bənzər mənəvi dəyərlərimiz xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanın bir çox şair və yazıçıları Azərbaycan dilindən başqa, eyni zamanda ərəb dilində də yazıb yaratmışlar. Bizim dahi şairlərimiz Nəsimi və Füzulinin məzarları da ərəb dövlətləri ərazisində – Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Füzulinin məzarı isə İraqın Kərbəla şəhərindədir.

Misir də bir ərəb dövləti olaraq ilk ölkələrdən olub ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra – 1991-ci il dekabr ayının 26-da müstəqilliyimizi tanıyıb. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ildə isə Azərbaycanın Qahirədə səfirliyi açılıb. Misir o dost ölkələrdəndir ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın ərazi müstəqilliyini dəstəkləyib və beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Eyni zamanda Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını bəyənir və dəstəkləyir.

İyun ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qahirədə rəsmi səfərdə olub. Səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam edəcək. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”.

Azərbaycan islam dövlətləri ilə həm ikitərəfli qaydada, həm siyasi, həm də beynəlxalq platformalar üzərində əməkdaşlığı durmadan genişləndirir.

Bildiyimiz kimi Qoşulmama Hərəkatında çoxlu sayda ərəb ölkələri təmsil olur. Azərbaycan da 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-2022-ci ildə sədrlik Azərbaycana həvalə olunub və çox sevindirici bir haldır ki, sonrada üzv ölkələrin yekdil səsverməsi ilə Azərbaycanın sədrliyi daha bir il də artırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

Azərbaycanın Dövlət başçısı çıxışında eyni zamanda Fələstin-İsrail münasibətlərinə də toxunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Cənab Prezident çıxışında Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirmək işində nail olunan uğurlardan, eyni zamanda 12,7 kilometr dövlət sərhədinin razılaşdırıldığından söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.

Artıq Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa-quruculuq işləri gedir. Bir çox dost, qardaş ölkələr burada məktəb, mədəniyyət obyektləri və s. inşa edirlər. Böyük sərmayələr qoyurlar. 30 il əvvəl bu torpaqlardan didərgin salınmış yerli əhali böyük sevinc içərisində öz doğma yerlərinə qayıdır.

Azərbaycan günbəgün inkişaf edir. Ticarət dövriyyəsi xeyli artıb. Bu gün Azərbaycan-Misir əlaqələri də sürətlə inkişaf edir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Hazırda bu iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.

Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır”.

Səfər zamanı Azərbaycan və Misir əlaqələrinin daha da genişləndirilməsi üçün bir sıra sənədlər imzalanmışdır.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Ermənistan itən əsgərimizlə bağlı açıqlama yaydı

Sonrakı yazı

1 milyon mənimsəyən şirkət rəhbəri pulun yarısını qaytarıb

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.