
Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərov Minskdə sahibi olduğu “Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil edib.
Reportyor.info xəbər verir ki, erməni müğəninnin konsertini təşkil etməklə yanaşı, klubda Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyulub.
Məlumatı”Zerkalo” qəzetinin keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyevin “Facebook” sosial şəbəkəsindəki profilində paylaşdığı qeyd olunub:
“Bu biabırçılıqla Minskdə rastlaşan Mövsüm Hacıyev ironiya ilə “Dahi millətik” yazaraq Azərbaycan diasporunun Belarusdakı ünlü simasına öz etirazını bildirib”.
Hələ ki, məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi reaksiya verməyib.