”Azərbaycan İnciləri” Lahiyə rəhbərinin müavini Fuad Heydərli deyib ki, Azərbaycan xalqının milli musiqisinin “Şah əsəri” olan Muğam nəsillərdən-nəsillərə keçərək xalqımızın silinməz yaddaşında qalaraq, hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi iz salıb: “YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Respublikanın birinci xanımı Mehriban xanım Əliyevanın yazdığı kimi: “Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O, artıq bizim həyatımızın hissəsi deyil, o, bizim özümüzdür”. “Azərbaycan inciləri” səhifəsini könüllülər qrupu idarə edəcək. Azərbaycan mədəniyyətinin şah əsərlərindən biri muğam sənətidir. Biz bir qrup gənc olaraq Azərbaycan gəncliyinə muğamı sevdirməyə çalışırıq. Bu məqsədlə ”Azərbaycan İnciləri” adı altında birləşib, sosial şəbəkədə mədəniyyəti təbliğ edəcək bir səhifə yaratdıq. Təbii ki, bu uğurlu yola biz layihə rəhbəri Nicat Müslümovla birgə addım atdıq. Layihənin məqsədi bundan ibarətdir ki, Azərbaycan gəncliyi öz tarixi musiqilərini unutmasının qarşısını almaqdı. Bizim sosial Şəbəkədə yaratdığımız qrupda izləyici sayı 1000 keçib və bu layihəyə demək olar ki, 15 gündür başlamışıq. Layihənin hələ az bir zamamdır ki, fəaliyyətə başlamasına baxmayaraq, uğurların ardı kəsilmir və biz bacardığımız qədər gənclərə muğamı sevdirməyə can atırıq. Hazırda səhifəmizdə keçmiş və indiki muğam ustadları, şairlər, ədiblər haqqında paylaşımlar edilir və gəncliyin daha da marifləndirilməsi üzrə iş aparılır.