19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan fəaliyyətini qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirir – Elmar Abbasov

21 Sentyabr 2022, 15:01
Siyasət
A A
Azərbaycan fəaliyyətini qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirir – Elmar Abbasov

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin yenidən üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhəddini pozaraq genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etmiş oldu. Ermənistan növbəti dəfə bu təxribatı törətməklə revanşist niyyətindən hələ də kənarlaşa bilmədiyini bir daha göstərmiş oldu.

Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyəti arasında itkilərin – şəhidlərin olması, hərbi infrastruktura vurulan zərbə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin həyatının təhlükə qarşısında olmasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu bildirib. Buna
görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən necə yerinə yetirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması və bu kimi aktual məsələlər bu gün dünyanın diqqət mərkəzindədir. Bu gün regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı bölgədə dayanıqlı sülhün yaranması və iqtisadiyyatın şaxələndirilməsinə öz müsbət töhfələrini verəcəkdir.

Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.

Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik hava dəhlizinə çevrilməsi üçün real imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları təqdim edilərkən bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-
Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

İldə 15 milyon ton yükaşırma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən əsas həlqədir. 2022-ci ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən transit yüklərinin 50 faizə yaxın artması ölkəmizin təhlükəsiz və etibarlı tərəfdaş rolunun gücləndiyini göstərir. Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malik olan Azərbaycan dəniz ticarətində başlıca rol oynayır.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər isə ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq. Azərbaycanın mövqeyi konkret və dəyişməzdir. Göründüyü kimi beynəlxalq təşkilatlar – BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu Qarabağ məsələsində səmərəli fəaliyyətə imza ata bilməyib. Əks təqdirdə münaqişə 30 ilə yaxın həlledilməz qalmazdı.

Beynəlxalq hüququn və tarixi ədalətin bərpası Azərbaycanın öz iradəsi, hərbi-siyasi gücü hesabına baş verib və bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz. Azərbaycan sülhpərvər missiyası, tolerantlığı, güclü milli ruha sahibliyi, iqtisadi potensialı ilə öz nüfuzunu dünyada möhkəmlədib və möhkəmlətməkdə davam edir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.

Elmar Abbasov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Əvvəlki yazı

Ordumuzun hərbi maşınlarındakı “Z” işarəsinin mənası AÇIQLANDI

Sonrakı yazı

“AZOV” KOMANDİRLƏRİNƏ QARŞILIQ MEDVEDÇUK

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.