08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Avropa bazarında: İtaliyaya neft ixrac edən ölkəyə çevrildik…

06 Sentyabr 2022, 12:31
Siyasət
A A
Azərbaycan Avropa bazarında: İtaliyaya neft ixrac edən ölkəyə çevrildik…

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarelanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European Houze – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqəmsal strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirak edib.

Hər il keçirilən bu forumda adətən Avropanın Dövlət və hökumət başçıları, eyni zamanda biznes elitası iştirak edir. Bu il İtaliyanın Çernobbio şəhərində keçirilən forumda dünya və Avropanın geosiyasi, geoiqtisadi məsələləri müzakirə olunub, eyni zamanda Avropanın iqtisadi inkişafının perspektivləri, təhlükəsizlik, rəqəmsal inkişaf və sair kimi mövzulara toxunulub.

Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev İtaliyada dəfələrlə işgüzar səfərdə olub. Sonuncu dəfə Azərbaycan Prezidenti İtaliyada 2020-ci ildə dövlət səfərində olanda İtaliya Prezidenti və Baş nazirlə görüşüb, ölkələr arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı bir çox məsələlər müzakirə olunub və Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Ondan iki il əvvəl isə İtaliya Prezidenti Mattarella Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında yalnız enerji və iqtisadi inkişaf deyil, eyni zamanda təhsillə bağlı da danışıqlar olub. Bu sahədə də Azərbaycan İtaliya ilə geniş əməkdaşlıq edir. Misal üçün onu qeyd etmək olar ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universiti ilə tərəfdaşlıq edir. Forumdan bir gün əvvəl isə İtaliyada Bakı şəhərində yaradılan Azərbaycan-İtaliya Universitetinin yaradılması ilə bağlı Azərbaycanın Romadakı səfirliyinin binasında yüksək səviyyədə mərasim keçirilib.

Forumun plenar iclasında isə Azərbaycan Respublikasının Prezidenti “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib: “Bizim enerji starategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük.
Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”.

Azərbaycan qaz ehtiyatları ilə zəngindir. Azərbaycanda qaz quruda və dənizdə istehsal edilir. Burada mövcud ehtiyatlardan səmərəli istifadə edərək neft-qaz yataqlarının istismarı gücləndirilmişdir. Bu gün Azərbaycan böyük – 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi Trans Anadolu (TANAP) boru kəməri və Trans – Adriatik (TAP) boru kəmərləri sistemidir, TAP boru kəməri isə İtaliyaya dək uzanır. Cənub Qaz Dəhlizi vasitəsi ilə ilyarım vaxt ərzində Avropaya 13.5 milyard kubmetr qaz nəql edilib ki, onun 11.7 milyard kubmetri İtaliyayanın payına düşüb.

Azərbaycan bu gün Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırıb. Rusiya-Ukrayna müharibəsi başlayandan isə qaz ixracının artırılması ilə bağlı 10-dan artıq ölkə Azərbaycana müraciət edib. Avropa ilə Azərbaycan arasında rəsmi dialoqa start verilib. Yalnız qaz deyil eyni zamanda enerji bazarının digər seqmentləri, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.

Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səüdiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digərləri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən su enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların gücü 700 meqavatdan çoxdur. Bu bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”.

Şəhla Ağbulud

Əvvəlki yazı

Lənkəranda dövlətə meydan oxuyan Hünər Hadızadə: İH və FHN-in HÜNƏRİ ÇATMIR?

Sonrakı yazı

Prezident rektoru vəzifəsindən azad etdi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.