23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir

14 Fevral 2022, 16:53
Cəmiyyət
A A
Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir

Son illərin ən böyük infrastruktur layihələrindən biri artıq hazırdır. Cəmi bir il ərzində yüksək gərginli ötürücü xəttlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmışdır. Belə ki, 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təməli qoyulan 385 meqavatlıq Tikintisi fasiləsiz rejimdə aparılan “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası olduqca qısa bir müddətdə tikilib istifadəyə verilib.
“Qobu” Enerji qovşağı Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır. Burada idarəetmə mərkəzi ilə yanaşı, eyni zamanda fasiləsiz əmək fəaliyyətini təmin etmək üçün yataqxana korpusu inşa edilib, işçilər üçün xidmət otaqları ayrılıb.
Ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.
“Qobu” Enerji Qovşağının enerjisistemə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, “Qobu” yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq “Yaşma” yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xəttlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri tamamlanıb.
“Qobu” Enerji qovşağının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib: “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
Gücü 750 meqavat olan Yaşma yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.
Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.
Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir”.
30 il işğal altında qalaraq erməni vandalları tərəfindən darma-dağın edilən torpaqlarımızda bu gün həyat qaynayır. Yeni infrastruktur layihələr həyata keçirilir. Eyni zamanda bu ərazilərdə yaşayış üçün, həyat üçün vacib olan Elektrik stansiyaları da tikilib təhvil verilir.
Bu gün Azərbaycan xarici investisiyalar üçün cəlbedici bir ölkəyə çevrilib. Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanır, odur ki, investisiya qoymaqdan çəkinmirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Pover” və Azərbaycan arasında imzalanmış, kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyasının tikintisi nəzərdə tutulur”.
Hava yolu, dəmir yolu və avtomobil yolu çəkilən Zəngəzur dəhlizindən eyni zamanda enerji növləri də ixrac ediləcək. Bu dəhlizlə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə və İrana yeni xəttlər çəkilməsi nəzərdə tutulur. Oradan da Avropaya çıxmaq üçün yeni bir xətt olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt Zəngəzur dəhlizindən keçməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi – 200 minlik iddia

Sonrakı yazı

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.