15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan 120 ölkə arasında böyük nüfuz qazanıb

19 İyul 2022, 17:44
Cəmiyyət
A A
Azərbaycan 120 ölkə arasında böyük nüfuz qazanıb

 

“ Cari ilin ilk altı ayı onu göstərir ki,
ölkəmiz uğurla inkişaf edir, bütün
istiqamətlər üzrə qarşıya qoyduğumuz
vəzifələr icra edilir”.
İlham Əliyev

Qürurla deyə bilərik ki, Azərbaycan 120 ölkənin təmsil etdiyi və dünyada BMT-dən sonra ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatına 2 il əvvəl sədr seçildi. Eyni zamanda sədrliyi yekdil qərarla bir il də uzadıldı. Bu onu göstərir ki, Azərbaycan bu müddət ərzində 120 ölkə arasında böyük nüfuz qazanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi pandemiya dövrünə düşdü. Bu müddət ərzində Azərbaycan çox işlər gördü. Ehtiyac içində olan ölkələrə maliyyə dəstəyi, 80-dən çox ölkəyə humanitar yardım göstərdi. Bu dəstək, bu humanistlik sayəsində ölkəmizin nüfuzu və ölkəmizə olan inam beynəlxalq arenada daha da artdı.
Azərbaycan Qoşulmama Hərəkatının instruksional inkişafına böyük töhfə verdi. Eyni zamanda yeni layihələrdə çıxış etdi. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı və bu şəbəkənin toplantısı keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır”.

Azərbaycan demək olar ki, bütün ölkələrlə, hər sahədə əlaqələr yaratmağa çalışır. Hal-hazırda Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin gələcək inkişafı ilə əlaqədar müzakirələr aparır. Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq. Qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycan üçün həmişə prioritet məsələlərdən sayılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır-həm ikitərəfli, həm çox tərəfli formada. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”.

Artıq Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında işgüzar əlaqələrin yaradırması ilə bağlı da önəmli addımlar atılır. Amerikanın və Azərbaycanın yüksək vəzifəli şəxsləri, səlahiyyətli nümayəndələri biri-birinə səfər edir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan Prezidentinə iki dəfə məktub-təbrik göndərmişdir. Bu onu göstərir ki, Amerika kimi bir ölkə Azərbaycanı tanıyır, onun parlaq gələcəyinə inanır.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da hələ real bir nəticələr yoxdur. Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Müharibənin başa çatmasından 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı heç bir iş görmək istəmir.

2020-ci ilin noyabr ayının 10-da Ermənistan məğlub olan tərəf kimi kapitulyasiya aktına imza atdı. Bununla da öz üzərinə öhdəliklər götürdü, lakin bu günə kimi Ermənistan tərəfi məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Bəyannaməyə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, lakin Ermənistan tərəfi buna da şərait yaratmır. Azərbaycan isə öz üzərinə götürdüyü hər bir öhdəliyi vaxtlı-vaxtında yerinə yetirir. Belə ki, artıq Laçın yolu işləyir və Azərbaycan tərəfi o yolun təhlükəsizliyinə nəzarət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib”.

Son zamanlar Ermənistan yenidən status məsələsinə toxunmağa başlayıb. Halbuki, Ermənistan məğlub olandan sonra kapitulyasiya aktına imza atanda Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi arasında şifahi razılaşma olmuşdu ki, Ermənistan bir daha status məsələsinə toxunmayacaq. Lakin Ermənistan özünəməxsus yalan və fırıldaqlarından əl çəkməyərək yenidən verdiyi sözə əməl etmək istəmir. Lakin o, bilməlidir ki, Azərbaycan xalqı mərd və döyüşkən xalqdır. O, heç vaxt öz tarixi torpaqlarından keçməyəcək. Xalq prezidentinə inanır və hər an Ali Baş Komandanının əmrinə tabe olaraq doğma vətənini qorumağa hazırdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sürsatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb”.

Bu gün hərbçilərimiz daim dövlətin diqqət mərkəzindədir. Onların sosial müdafiəsi məsələləri yüksək səviyyədə təmin edilir. Onların mənzil şəraitləri yaxşılaşdırılır. Müharibədə sağlamlığını itirmiş qazilər müalicə etdirilir, ən müasir protezlərlə təmin olunurlar.

Ötən il şəhid ailələri və müharibə əlilləri 3 min mənzil və fərdi evlə təmin olunmuşlar. Bu il isə onlara 1500 mənzil və ev verilib. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə və əlillərə bütövlükdə 12 min 500 mənzil və fərdi ev verilib.

Əsarətdən təmizlənmiş torpaqlarımızda bu gün qlobal işlər gedir. Qarabağ və Zəngəzur yenidən qurulur. Köçkünlərimiz artıq öz doğma yurdlarına dönürlər.

Biz qalib xalqıq, qəhrəman xalqıq. Torpaqlarımızı hər an qorumağa qadirik. Bunu Vətən müharibəsində də sübut etdik.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Prezidentdən yeni təyinat – SƏRƏNCAM

Sonrakı yazı

Məktəblini döyən icra başçısının müavini işdən çıxarılsa da, adı siyahıda qalır (FOTO)

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.