“Azərişıq” ASC-nin elan etdiyi tenderdə qalib elan olunan şirkətlərə ödəyəcəyi məbləğ açıqlanıb.
“Finans.az” xəbər verir ki, 1 fazalı SMS sayğacların satın alınması üçün qurum “Sensemi DMCC of Dubai” şirkətinə 480 min dollar pul ödəyəcək.
Avtomobil şinlərinin alınmasına görə isə “Gatdigital” MMC şirkətinə 2362697,01 manat maddi vəsait ayırıb.
Beləliklə, iki tenderin nəticəsinə görə, “Azərişıq” ASC 3 mln. 178 min 700 manat pul ödəyəcək.