19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR

24 Yanvar 2019, 19:59
Gündəm, Banner
A A
“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR

ASC-nin baş ofisində isə lüks təmir gedir, bütün mebellər yenilənir…

Son bir-iki ay ərzində “Azərenerji”də baş verənlər bu Səhmdar Cəmiyyətin daxilində ciddi narazılıqlara səbəb olub. Qurumda köhnə işçilərin sıxışdırılması, dövlət vəsaitlərinin bir qrup tərəfindən talanması, etiraz edənlərin “Pirverdiyevçi” damğası vurularaq işdən azad olunduğuna dair sosial şəbəkələrdə və bəzi internet televiziyalarında məlumatlar yayılıb. Bu məlumatların hansının, nə qədər doğru olduğunu söyləmək çətindir.

Ancaq “Azərenerji” ASC-nin yeni rəhbərliyinin verdiyi qərarlardan narazıların sayının artdığı şübhə doğurmur. Belə qərarlardan biri də “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçilərinin kütləvi şəkildə işdən çıxarılmasıdır.

İşdən çıxarılanlar Azəbaycan Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. “Azərenerji”yə aid müəssisələrin mühafizəsini həyata keçirən bir qrup vətəndaş tərəfindən yazılan həmin şikayətin bir nüsxəsi də “AzPolitika.info”ya daxil olub.

Məktubda şikayətçilər “Azərenerji” ASC-nin yeni rəhbərliyinin onların ailələrini ac qoyduğu, 60 nəfərə yaxın insanı heç bir qanuni əsas göstərilmədən işindən məhrum etdiyi bildirilir. Qeyd olunur ki, onları ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə işdən azad ediblər. Şikayətçilərin yazdığına görə, onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif olunub, buna razı olmayanlar isə heç bir ödəniş ala bilməyəcəkləri ilə hədələniblər.

“Ancaq bu tələb qanuna ziddir. “Azərenerji” rəhbərliyinin gətirdiyi bəhanə uzun illərdir burada çalışan insanların işdən azad olunması üçün qanuni səbəb ola bilməz”, – deyə məktubda vurgulanır.

Onlar bu şikayətlərini Prezidentə, Birinci vitse-prezidentə yazıblar. Böyük ehtimalla “Azərenerji”nin rəhbərliyinə problemi həll etmək tapşırılıb. Ancaq bu da ASC-nin rəhbərliyinin qərarını dəyişməyib. İşçilərin şikayətlərinə ASC rəhbərliyi cavab məktubu göndərməklə kifayətlənib.

Məktubda işçilərin işdən çıxarılmasının səbəbi kimi daha onlara ehtiyac olmaması göstərilib: “Obyektlərin mühafizə işinin təşkili ilə əlaqədar müşahidə kameraları quraşdırılmış və obyektlər hasarlanaraq, üstünə tikanlı məftillər çəkilmişdir…”

Ancaq şikayətçilər bildirir ki, əvvəla, Əmək Məcəlləsinə görə kamera quraşdırılması və digər texniki səbəblər insanların işdən azad olunmasına əsas verə bilməz. İkincisi və ən əsası, bu izahat reallığı əks elətdirmir. Bunu şikayətçilərin redaksiyamıza göndərdikləri FOTOLAR da təsdiq edir.

15226536455110744455_1000x669

Həmin fotolara diqqət yetirən zaman belə məlum olur ki, rəhbərliyin obyektlərə guya hasar çəkildiyi və kamera quraşdırıldığına dair dedikləri həqiqətə uyğun deyil. Aşağıdakı fotolardan görünən odur ki, hasarlar köhnə və uçuqdur, hər hansı tikanlı məftildən və kameradan isə söhbət belə gedə bilməz.

Şikayətçilər bununla “Azərenerji” rəhbərliyinin təkcə sıravi vətəndaşları deyil, ölkə başçısını da aldatdığını iddia edirlər. Haqsız da sayılmazlar…

Bu məsələdə dövlət və ictimaiyyət üçün narahatlıq doğuran digər bir məqam da var. Belə ki, ölkə üçün böyük strateji önəm daşıyan və əslində, təhlükəsizliyi olduqca yüksək səviyyədə təmin edilməli olan bu obyektlərin mühafizəsinə belə biganə münasibəti başa düşmək olmur. Xüsusən də, ötən il Mingəçevirdə ölkədə enerji böhranına səbəb olan, dövlətə 10 milyonlarla manat ziyan vuran məlum qəzadan sonra.

SES-ləri mühafizəsiz qoymaqda “Azərenerji” rəhbərliyinin məqsədi nədir, buna aydınlıq gətirilməlidir. Hətta şikayətçilər bildirirlər ki, Varvara SES-in qorunması üçün neçə illərdir mövcud olan mühafizə postu, ümumiyyətlə ləğv olunub. Niyə?

Sonda bir daha “Azərenerji” rəhbərliyinin tələbinin qanuna zidd olduğunu bildirən şikayətçilər, onsuz da çətin olan sosial durumlarının işsizlər sırasına qoşulandan sonra daha da ağırlaşacağını qeyd edərək, Prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyirlər.

Xatırladaq ki, “Azərenerji” ASC-nin rəhbəri dəyişdiriləndən sonra bu səhmdar cəmiyyətin qarşısında ölkənin elektrik enerjisi infrastrukturunda yeni qəzaların baş verməsinin qarşısını almaq üçün modernizasiya işləri aparmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev bu məqsədlə ASC-yə bir neçə dəfə iri məbləğlərdə vəsaitlər ayırıb.

Hələlik isə “yenidənqurma”, “modernizasiya” işlərinin “Azərenerji” ASC-nin baş ofisindən başladığı, orada lüks təmir getdiyi, bütün mebellərin yeniləndiyi bildirilir. Bu təmiri isə Baba Rzayevin qardaşına tapşırdığı iddia edilir ki, bu da artıq başqa yazının mövzusudur…

Rasim
AzPolitika.info

1

23456141578910111213

Əvvəlki yazı

“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

Sonrakı yazı

Qohumu plastik cərrah Vaqif Qələndərlini prokurorluğa verdi: “Oğlumun barmağını kəsdi” – FOTOLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.