15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərenerji” rəhbəri üçün “əcəl zəngi”ni tezləşdirən SƏBƏBLƏR…

18 Aprel 2018, 00:36
Manşet
A A
“Azərenerji” rəhbəri üçün “əcəl zəngi”ni tezləşdirən SƏBƏBLƏR…
Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra məmur korpusunda gözlənilən “təmizləmələr” “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdən də yan keçməyəcək. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, əksər məmurlar kimi, ASC sədrinin də işində çoxlu nöqsanlar, hətta cinayət xarakterli əməllər var.
Etibar Pirverdiyevin hədəfə gəlməsinin əsas səbəbi isə onun Dövlət Bayraq Meydanının tikintisi zamanı yol verilən nöqsanlardır. Bir neçə gün əvvəl baş nazirin müavini Abid Şərifovun Bayraq Meydanında dirəyin sökülməsini işlərin keyfiyyətsiz görülməsi ilə əlaqələndirməsi də Etibar Pirverdiyev üçün “əcəl zəngi” hesab oluna bilər. Bu baxımdan baş nazirin müavininin “Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub” deməsini sıradan bir açıqlama hesab etmək olmaz.
A.Şərifov bayraq dirəyinin sökülməsinin səbəbini belə izah etmişdi: “Bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.
A.Şərifov ad çəkməsə də, məlumdur ki, 2007-ci ildən 2010-cu ilə qədər Dövlət Bayrağı Meydanının tikintisinə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik edib. Etibar Pirverdiyevə məxsus “Azenco” şirkəti Dövlət Bayrağı Meydanının tikintisindən böyük büdcə pulları əldə edib.
Dövlət başçısının şəxsi təşəbbüsü ilə inşa edilən Dövlət Bayrağı Meydanı 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən yaradılıb. Həmin ilin dekabr ayında təməli qoyulan meydanın 2010-cu il sentyabrın 1-də İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdu.
Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 3 il ərzində büdcədən 50 milyon manat sərf olunub. Öncə tikintiyə 30 milyon manat ayrılmasına baxmayaraq, 2009-cu ildə tikinti yarımçıq qaldı. 2009-cu ilin sonlarında “Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam 10 milyon manat ayrıldı. Sonradan əlavə olaraq 10 milyon manat da işlərin tamamlanmasına xərcləndi. 50 milyon manatlıq büdcə pulunun qarşılığında 1 nömrəli bayraq dirəyi cəmi 7 il duruş gətirdi.
2017-ci ilin avqustunda Bayraq Meydanında problemlərin olduğu üzə çıxdı. Xəbər yayıldı ki, meydanda çökmə baş verib və bu hala görə bayraq dirəyi söküləcək. Bu isə problemin çox köklü olduğunu ortaya qoyur. Deməli, tikinti işlərinə başdansovdu yanaşılıb, daha doğrusu 50 milyon manatın təyinatı üzrə xərclənməməsinin izləri açıq şəkildə ortadadır. Hələ ötən il bayraq dirəyində problemlər üzə çıxandan sonra məlum olmuşdu ki, Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsinə üz tutub.
İdarə Bayraq Meydanının ətrafındakı təmir-tikinti işlərini gerçəkləşdirmiş “Azenco” şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb etmişdi. Bayraq Meydanı İdarəsi Etibar Pirverdiyevə məxsusluğu bilinən  “Azenco”dan məhkəmə qaydasında 1 milyon 358 min manat tələb edirdi. Yada salaq ki, bayraq dirəyi və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu. Bayraq Meydanının tikintisində Etibar Pirverdiyevin suç ortağı Rəşad Məmmədov illər öncə həbs edilib və sonradan azad olunub. Faktiki isə bu şəxsin qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub. Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb ortaya qoymuşdu.
Bundan başqa, Etibar Pirverdiyevi məhkəməyə çəkən daha bir iddiaçı da olub. Beynəlxalq Bank Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək “Azərenerji” ASC-yə verilmiş 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddia ilə çıxış edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında “Azİmport” izinin olması haqda da zamanında iddialar olub. Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda Pirverdiyev-Məmmədov dueti tərəfindən mənimsənilməsi haqda xəbərlər də yayılıb.
Bunda əlavə, Dövlət Bayrağı Meydanında dirək sökülərkən Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov çox maraqlı bir açıqlama vermişdi. O, meydanda bayraq dirəyinin sökülməsini texniki baxışla əlaqələndirmişdi: “Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik”.
İndi isə məlum olur ki, bayraq dirəyini “yeyən” korroziya deyil, korrupsiyadır. Korroziya – yəni bayraq dirəyində çürümə prosesi getmir, dirək Abid Şərifovun dediyi kimi, hazırlanarkən keyfiyyət məsələsinə yetərincə diqqət ayrılmayıb. Yəni lazımı qədər pul xərclənib uyğun dirək hazırlanmayıb. Belədə sual yaranır – bəs 50 milyon manat hara xərclənib? Dövlət Bayrağı Meydanının tikintisi məhz bayraq dirəyinin orada qurulmasına görə gerçəkləşibsə, ərazidəki hündürmərtəbəli binaların, Hərbi Dəniz Donanmasının bazasının köçürülməsi bu qayəyə xidmət edibsə, niyə belə xoş olmayan nəticə ortaya çıxıb? Cavabdeh axtarışlarında əsas fiqur Etibar Pirverdiyevdən başqa kim ola bilər ki?
Xatırladaq ki, Dövlət Bayrağı Meydanının inşasını həyata keçirən “Azenko” şirkəti “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur. Şirkətə formal rəhbərliyi isə Etibar Pirverdiyevin qaynı həyata keçirir. Bir neçə il öncə 7 min nəfərin çalışdığı şirkətdə hazırda 1500-ə qədər şəxsin çalışdığı deyilir. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. “Azenko”nun bu qədər “şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız “qalib” olmasıdır.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin varidatı bununla yekunlaşmır. Məlumata görə, Etibar Pirverdiyev 2015-ci ildə baş verən devalvasiyadan sonra kapitalının xeyli hissəsini qardaşı Vüqar Pirverdiyevin əli ilə ölkədən çıxara bilib. Hazırda onun Dağıstanda, Türkiyədə, Rusiyada, Qazaxıstanda dəyəri milyonlarla ölçülən daşınmaz əmlakının olduğu vurğulanır. Bununla yanaşı, onun Azərbaycanda da sahib olduğu şirkətlər, obyektlər az deyil. Belə ki, Etibar Pirverdiyev Şabran rayonunun Udulu kəndindəki dəvə fermalarına, Xaçmazda iri buynuzlu heyvandarlıq təsərrüfatlarına, Qusar rayonunda məhsuldar və mənzərəli torpaq sahələrinə, Xaçmaz rayonunun Həsənqala kəndində balıq gölünə və vətəgələrinə, paytaxt Bakıda isə restoran və otel şəbəkələrinə sahib olduğu deyilir.(musavat.com)
Əvvəlki yazı

Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir -VİDEO FAKT

Sonrakı yazı

Milli Məclisin deputatı ”Xərçəng xəstəliyi üzərində necə biznes yaradıb”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.