10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanın yeni reallıqlarını dünya da qəbul edir – Professor

06 İyun 2022, 16:54
Cəmiyyət
A A
Azərbaycanın yeni reallıqlarını dünya da qəbul edir – Professor
Azərbaycan dünya siyasi və iqtisadi arenasında baş verənləri Şuşa zirvəsindən izləyir. Dünya gücləri Azərbaycanın Cənubi Qafqazın taleyində nə dərəcədə mühüm rol oynadığı faktının artıq fərqindədir. Bir qədər diqqətli yanaşma və analitik düşüncəsi ilə seçilən otra statistik vətəndaş da Vətən Müharibəsindən sonra rəsmi Bakının dünyanın siyasi müstəvisindəki mövqeyinin gücləndiyini və region üçün taleyüklü məsələlərin həllində söz sahibi olduğunu qürur və ləyaqətlə izləyir. Azərbaycana gələn dövlət başçıları və hökumət nümayəndələri ilə görüşlər, həmçinin prezident İlham Əliyevin müxtəlif ölkələrə rəsmi və işgüzar səfərlərindəki səsləndirdiyi fikirlər hər biri özlüyündə mesaj və tarixi keçiddir. Dövlət başçısı Azərbaycanın post pandemiya və post münaqişə dövrünə qədəm qoyduğunu artıq rəsmi elan edib. Bəli, bu həm də Azərbaycanın işğaldan azad olunan torpaqlarda quruculuq planları və iqtisadi inkişafın davamlılığını təmin edən konkret hədəflərə istiqamətlənən strategiyanın elanıdır.
İşğaldan azad olunmuş Cəbrayıl rayonunda SOCAR və BP tərəfindən 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasının müzakirəsi onu göstərir ki, artıq dünya da post münaqişə dövrünü qəbul edir.
Qalib Azərbaycan dünya səviyyəli tədbirlərə mötəbər imzasını atır. Enerji, güc və siyasi bacarıq tələb edən layihələrdən biri də iyunun 1-də açılış mərasimi baş tutan Bakı Enerji Həftəsi oldu. Üç layihəni özündə ehtiva edən, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu yubiley Xəzər Beynəlxalq Energetika, bərpa olunan enerji sərgiləri və Bakı Enerji Forumu səmərəli müzakirələrlə yadda qaldı. 39 ölkədən 249 şirkətin təmsil olunduğu Xəzər regionunun enerji sektorunda ən böyük sənaye tədbirinə ev sahibliyi edən ölkə prezidentinin çıxışı, şübhəsiz, dünyanın diqqət mərkəzində idi. Mərasimdə çıxış edən dövlət başçısı bildirdi ki, Bakı Enerji və Neft konfransının keçirildiyi ilk gündən Azərbaycan dünyaya açıq olduğunu bəyan edib. Bu fikir ölkəmizin yanında olub, lakin gözləmək mövqeyi tutan dövlətlərə ünvanlanan tarixi ismarıc idi. Qalib olsan səni əzizləmək, məğlub olsan silmək mövqeyində olanlara.
Azərbaycan etibarlı tərəfdaşdır. Müstəqilliyin ilk illərindən imzalanan saziş və müqavilələrdə bir sözün dəyişdirilmədiyini vurğulayan ölkə rəhbəri sadiqlik prinsipinin qarşılıqlı olmasını prioritet hesab edir. Cünki, hazırda Azərbaycan qazına tələbat artır, bu isə gələcəkdə yeni müqavilələrin imzalanması, hasilatın artırılması məsələsini gündəmə gətirir. Təbii sərvətlərlə bağlı Avropa qitəsində çoxşaxəli fəaliyyət ölkəmizlə bərabər tərəfdaşlarımıza da imkanlar yaradır. Cənub Qaz dəhlizi layihəsinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələr, beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, o cümlədən Avropa Komissiyası ilə əməkdaşlıq Azərbaycanın güclənən mövqeyi, iqtisadi sahədə komanda işi bacarığının bariz nümunəsidir. Müstəqil Azərbaycanın enerji siyasətini Birləşmiş Ştatlar və Birləşmiş Krallıq da hər zaman dəstəkləyib. Azərbaycanda daxili sabitlik, xalq-iqtidar birliyi, cəsarət və inam dünyada etibarımızı şərtləndirən amillərdəndir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edib. Cənub Qaz Dəhlizi fərəhimizdir, deyən ölkə başçısını vətəndaş anlayır…
Qaz ixracatının bu il 24 milyard kubmetrə çatdırılacağı proqnozu uğurlu enerji diplomatiyasını səciyyələndirir. Ölkənin iqtisadi potensialının artması güclü inkişafa işarədir. İnkişaf isə mütləq şəkildə ölkə daxilində sosialyönümlü layihələrin həyata keçirilməsi, bizə möhtəşəm qələbə sevinci yaşadan şəhid ailələri, qazilərə artırılan diqqət və qayğıya dəlalət edir.
Cənub Qaz Dəhlizi artıq işləyir. Bu isə neçə-neçə dəhlizlərin başlanğıcıdır…
Enerji həftəsi çərşivəsində aparılan müzakirələrdən bəlli oldu ki, görüləsi işlər çoxdur. Böyük planlar “ACWA Power” və “Masdar” kimi böyük şirkətlərlə birgə icra edilir.
Prezident İlham Əliyev bütün çıxış və görüşlərində işğaldan azad olunmuş torpaqlarda sürətlə həyata keçirilən quruculuq işlərindən sadə vətəndaş qüruru və ləyaqəti ilə riqqətlə bəhs edir. 27-ci Beynəlxalq Neft və Qaz sərgisində də icrası Kəlbəcər və Laçında nəzərdə tutulan külək və günəş enerjisi layihəsinə toxunuldu. Beynəlxalq investorların diqqətinə çatdırıldı ki, Azərbaycan digər ölkələr üçün əlverişli tranzit imkanlar təqdim edir. Dəniz limanı, bütün istiqamətlərlə ölkəni birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Üçü azad olunmuş ərazilərdə olmaqla Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.
Nəhəng potensialdan istifadə nəhəng şəxsiyyət, düşünülmüş taktika, güclü məntiq və uzaqgörən siyasət tələb edir. Məhz belə nadir şəxsiyyətin, müzəffər Ali Baş komandanın Azərbaycana rəhbərliyi gələcək nəsillərə işıqlı gələcək və firavanlıq vəd edir.
Dünya xəritəsində Azərbaycanın yeni şəkli çəkilir-ərazi bütövlüyünü bərpa edən parlaq və enerji dolu Azərbaycan!
Bu həftə isə Bakı da bir beynəlxalq tədbirin mərkəzinə çevriləcək-
Formula 1 Azərbaycan Qran Prisi 2022.
Yeni zəfərlərə doğru, müzəffər ÖLKƏ!
Elnurə Cavadzadə,
Mehdiabad 4 saylı tam orta məktəbin direktoru,
Filologiya üzrə elmlər doktoru, professor
Əvvəlki yazı

Hafiz Hacıyev: “Könül İsmayılova dövlət qulluğuna keçdiyinə görə istefa verdi”

Sonrakı yazı

Son sutkada neçə nəfər yoluxub?

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.