“Azərbaycanda islahatlar aparılır, Prezident ciddi işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən deyib.
“Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiniz. Xahiş edirəm, bu məsələləri çox şişirtməyin. Yeddi dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə müsbət bir söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, – O.Əsədov əlavə edib.
Discussion about this post