Bazar, Yanvar 29, 2023
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycanda yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları – ARAŞDIRMA

2022-12-02
in Cəmiyyət
Azərbaycanda yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları – ARAŞDIRMA

Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələlxüsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırılırlar.

Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsənilməsi halları üzə çıxır.

Reportyor.info xəbər verir ki, bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.

1. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

2. Mənsur Əsgərov

Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M.Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.

3. Rafael Əliyev

 

Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

4. Səlim Müslümov

2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.

5. Vilyam Hacıyev

İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğu məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

6. Alimpaşa Məmmədov

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.

7. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.

8. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

ShareSendTweetShare
Previous Post

Müdafiə Nazirliyindən sülhməramlılara növbəti ÇAĞIRIŞ

Next Post

Şuşada yük maşını aşdı: Sürücü öldü

Related Posts

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR
Cəmiyyət

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR

by reportyor info
2023-01-28
Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı
Cəmiyyət

Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı

by reportyor info
2023-01-28
Saakaşvili müalicədən imtina etdi
Cəmiyyət

Saakaşvili müalicədən imtina etdi

by reportyor info
2023-01-28
Bazar günü hava necə olacaq? – Proqnoz
Cəmiyyət

Bazar günü hava necə olacaq? – Proqnoz

by reportyor info
2023-01-28
Xəzər sahillərində növbəti 8 suiti cəsədi tapıldı
Cəmiyyət

Xəzər sahillərində növbəti 8 suiti cəsədi tapıldı

by reportyor info
2023-01-28

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR

2023-01-28
Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı

Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı

2023-01-28
Saakaşvili müalicədən imtina etdi

Saakaşvili müalicədən imtina etdi

2023-01-28
Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi

Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi

2023-01-28
Bazar günü hava necə olacaq? – Proqnoz

Bazar günü hava necə olacaq? – Proqnoz

2023-01-28
Xəzər sahillərində növbəti 8 suiti cəsədi tapıldı

Xəzər sahillərində növbəti 8 suiti cəsədi tapıldı

2023-01-28
Sizdə cadu var, yoxsa bədnəzər? – Zirəddin sirləri açıqladı

Sizdə cadu var, yoxsa bədnəzər? – Zirəddin sirləri açıqladı

2023-01-28
Neftçalada narazılıq pik həddə: sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi – “Sənin 1 yaşın vardı…”

Neftçalada narazılıq pik həddə: sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi – “Sənin 1 yaşın vardı…”

2023-01-28
Od olmasa, tüstü çıxmaz, Erkin Qədirli haqlıdır?

Düşmən biabır oldu, Azərbaycan igidini dünya tanıdı !

2023-01-28
Hikmət Hacıyev Britaniya səfiri ilə görüşdü

Hikmət Hacıyev Britaniya səfiri ilə görüşdü

2023-01-27
Binəqədidə narkotik satan 2 nəfər saxlanıldı

Binəqədidə narkotik satan 2 nəfər saxlanıldı

2023-01-27
Röya Ayxanı BDU-ya kim qəbul etdirib? – İDDİA

Röya Ayxanı BDU-ya kim qəbul etdirib? – İDDİA

2023-01-27
Axtar… “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşdü” – Zaxarova

Axtar… “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşdü” – Zaxarova

2023-01-27
Misir prezidenti Bakıya gəldi

Misir prezidenti Bakıya gəldi

2023-01-27
Mehriban Əliyeva səfirliyə silahlı hücumla bağlı paylaşım etdi

Mehriban Əliyeva səfirliyə silahlı hücumla bağlı paylaşım etdi

2023-01-27
İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar – VİDEO

İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar – VİDEO

2023-01-27
Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin oğludur

Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin oğludur

2023-01-27
DTX: Səfirliyə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb

DTX: Səfirliyə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb

2023-01-27
Qusarda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirilib

Qusarda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirilib

2023-01-27
Türkiyə səfiri Azərbaycana başsağlığı verdi

Türkiyə səfiri Azərbaycana başsağlığı verdi

2023-01-27
Prezident İrandakı səfirliyimizə hücumu qınadı, başsağlığı verdi – FOTO

Prezident İrandakı səfirliyimizə hücumu qınadı, başsağlığı verdi – FOTO

2023-01-27
Tehranın polis rəisi səfirliyimizə hücumla bağlı açıqlama verdi

Tehranın polis rəisi səfirliyimizə hücumla bağlı açıqlama verdi

2023-01-27
Tehrandakı səfirliyimizdə nə baş verib? – XİN məlumat yaydı

Tehrandakı səfirliyimizdə nə baş verib? – XİN məlumat yaydı

2023-01-27
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Ölən var

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Ölən var

2023-01-27
Daha 43 nəfər yoluxdu

Daha 43 nəfər yoluxdu

2023-01-26
Od olmasa, tüstü çıxmaz, Erkin Qədirli haqlıdır?

Od olmasa, tüstü çıxmaz, Erkin Qədirli haqlıdır?

2023-01-26
BDU-dan Röya Ayxanla bağlı maraqlı açıqlama

BDU-dan Röya Ayxanla bağlı maraqlı açıqlama

2023-01-26
Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

2023-01-26
Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur

Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur

2023-01-26
Parlament buraxıla, referendum keçirilə bilər – Hazırlıqlar başladı

Parlament buraxıla, referendum keçirilə bilər – Hazırlıqlar başladı

2023-01-26

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Dek    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Home
  • Landing Page
  • Buy JNews
  • Support Forum
  • Contact Us

© 2022 Reportyor.info