15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
İqtisadiyyat
A A
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?
Milli Məclisin yaz sessiyasında “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr ictimaiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. 
“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.
Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Layihə mətbuatda geniş müzakirələrə səbəb olub və bəzi vətəndaşlar tərəfindən pensiya yaşının azaldılması kimi başa düşülüb.
Qanunla bağlı bu fikirlərin yaranmasının səbəbi maraq doğurur. Eləcə də yaxın gələcəkdə pensiya yaşının azaldılma ehtimalının olub-olmadığı diqqətçəkən məqamlardandır.
Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişiklik məhz 5 il daha tez pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın pensiyalarının dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur:
“Mövcud qanunvericiliyə əsasən, 5 və daha çox uşağı olan analar və bir sıra hallarda atalar 5 il daha tez pensiyaya çıxırlar. Onların pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Pensiya yaşı ilə bağlı mütəmadi təkliflər təqdim olunub, müzakirələr gedib. Bizim təklifimiz pensiya yaşının  müəyyənləşdirilməsində kəmiyyət meyarları ilə yanaşı, həm də keyfiyyət  meyarlarının istifadə edilməsi ilə bağlıdır. Yəni xüsusən də biz  çoxuşaqlı ailə anlayışına baxılması bunun 5-dən 3-ə endirilməsini təklif edirik. Bu da nəticə etibarilə 3 və daha artıq uşağı olan anaların təklif qəbul ediləcəyi halda daha tez pensiyaya çıxmasını təmin edə bilər”.
Deputat, həmçinin tək anaların da daha tez pensiyaya çıxmasını təklif edildiyini bildirib: “Ona görə də bir sıra ölkələrdə olduğu kimi pensiya yaşına differensial yanaşma nəticə etibarilə bəzi, xüsusilə də sosial yardıma daha çox ehtiyacı olan vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına səbəb ola bilər”.
V.Bayramov vurğulayıb ki, maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür:
“Bu istiqamətdə təbii ki, mütəmadi təkliflər təqdim olunur, müzakirələr gedir. Ona görə də sözsüz, maliyyə  qiymətləndirilməsinin aparılması, fiskal gəlirlərimizə uyğun olaraq qərarların qəbul olunması önəmlidir. Amma komitə iclasında müzakirə zamanı çoxuşaqlı ailə anlayışına baxılması, uşaqların sayı nəzərə alınmaqla daha tez pensiya verilməsi ilə əlaqədar təkliflər təqdim olundu. Amma sözsüz təkliflərin dəyərləndirilməsi, xüsusən də maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür”.
Əvvəlki yazı

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Sonrakı yazı

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.