06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“AZƏRBAYCANDA HƏR YERDƏ RÜŞVƏT VERMƏK LAZIMDIR” – Rus bankirdən ŞOK açıqlamalar

21 Noyabr 2018, 19:34
Siyasət, Seçmə
A A
“AZƏRBAYCANDA HƏR YERDƏ RÜŞVƏT VERMƏK LAZIMDIR” – Rus bankirdən ŞOK açıqlamalar

2005-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı “Nikoil” bankın idarə heyətinin sədri vəzifəsini tutmuş Vasiliy Xamaza, bu ölkənin mətbuatına Azərbaycanda işlədiyi illərdə qarşılaşdığı korrupsiya, rüşvətxorluq faktları ilə bağlı müsahibə verib.

V.Xamaza Azərbaycanda vəsaitlərin mənimsənilməsində ittiham edilib. Rusiyaya qayıtdıqdan sonra Azərbaycan tərəfi onu beynəlxalq axtarışa verib.

Müsahibəsində V.Xamaza deyib ki, Azərbaycanda vəziyyətlə tanış olduqdan sonra, ona məlum olub ki, burada hər yerdə, hamıya rüşvət vermək lazımdır. “Bütün səviyyələrdə münasibətlər belə qurulmuşdu. Büdcə təşkilatlarında çalışanlar maaşı zərflərdə alırdılar. Belə bir sistem hamı tərəfindən qəbul edilmişdi”.

V.Xamaza deyib ki, o, bir bank rəhbəri olaraq özündən yuxarıda dayananlara rüşvət verib.

“Biz rüşvət verməyə məcbur idik. Bütün böyük “ödəmələr” Müşahidə Şurasının sədri ilə razılaşdırılırdı. 50 min manatlıq rüşvət xırda pul sayılırdı. Misal kimi deyə bilərəm ki, məhkəmə prosesləri zamanı “ödənişlər” məcburi idi. Hətta haqlısansa, məhkəməyə qərar çıxarılması üçün ödəmək lazım idi. Hakimlərə pulu hüquqşünaslar aparırdı. Sonradan məhkəmə icraçılarına da rüşvət vermək lazım gəlirdi. Rüşvətin həcmi məhkəmədə udulan məbləğdən asılı olurdu. Əks halda bizim udduğumuz iddia əsasında məhkəmə icraçıları işə başlamırdılar. Ümumiyyətlə hər kəsə və hər şeyə görə rüşvət vermək lazım gəlirdi – icazə, lisenziya, yanğınsöndürənlər və sairə”.

Azərbaycanda bank sisteminin fəaliyyətinə toxunan V.Xamaza bildirib ki, banklar filiallarına hər bir verilən kreditin hansı hissəsinin rüşvət kimi geri alınması barədə göstəriş verirdilər. Özünün bu sistemi ləğv etdyini bildirən, V.Xamaza yuxarılara rüşvət üçün pulun bankın rəhbər şəxslərindən birinin adına yazdığını, sonradan isə hesabatlarda həmin məbləğin bankın zərəri kimi göstərdiklərini bildirib. Onun sözlərinə görə, rəhbərliyin bütün bunlardan xəbəri var idi. Konkret rüşvət hallarından danışan V.Xamaza bir hadisəni misal kimi göstərib.

“2007-ci ildə qonşu ölkələrin birinin Mərkəzi Bankından böyük həcmdə depozit ala bildik. Bu ölkə ilə bağlı siyasi vəziyyəti nəzərə alaraq, adıçəkilən əməliyyat üçün nəinki Azərbaycan Mərkəzi Bankından, hətta Milli Təhlükəsizlik Nazirliyindən də icazə aldıq. Bir ildən sonra depoziti faizlərlə qaytardıq. Bundan sonra Azərbaycan Mərkəzi Bankı bizi şiddətli tənqid etdi. Mərkəzi Banka məsələni araşdırmaq üçün getdikdə, orda mənə bildirdilər ki, mən həmin depozit məsələsində onların etimadını doğrultmamışam və kağızda onların “etimadının” hansı rəqəmlə ölçüldüyünü yazdılar. Məsələ ilə bağlı bizim bankın Müşahidə Şurasının sədrinin (həmin illərdə bu vəzifəni İsgəndər Xəlilov tutub) yanına getdikdə, o mənə “hamı verir, sən də verməlisən” dedi”.

xelilov

V.Xamaza qeyd edib ki, sonrakı illərdə vəziyyət dəyişməyə başladı və 2008-2009-cu illərdə ölkə rəhbərliyi anladı ki, rüşvətxorluq və korrupsiya Avropa dəyərlərinə uyğun deyil, Azərbaycanın Avropa məkanında müasir, mədəni dövlət kimi addımlamasına mane olur.

“Korrupsiya ilə mübarizə başladı, paketlər ləğv edildi, bir sıra funksionerlər vəzifələrini itirdilər. Bu mübarizə az qala faciəyə də çevriləcəkdi. Xüsusilə bu bank sektoruna aid idi. İstehlak kreditlərində iflic vəziyyət yarandı. Çünki rəsmi maaşlar əhalinin real gəlirlərindən dəfələrlə az idi. Zərflərdə maaşların verilməsi dayandırılanda, əhalinin rəsmi maaşla kreditləri ödəmək üçün vəsaitinin çatmadığı üzə çıxdı. Təxminən yarım ildən sonra köhnə vəziyyəti bərpa etdilər”.

V.Xamaza Azərbaycanda onun problemlərinin 2015-ci ildə, dünyada neft qiymətlərinin aşağı düşməsindən sonra başladığını deyib.

“Həmin an Azərbaycanda inflyasiya gözləntiləri başladı. Əmanətçilər banklara pulları geri götürmək üçün üz tutdular. Ölkədə korrupsiyaya bulaşmış yeddi bank müflis oldu. Amma biz işimizi davam etdirirdik. 2016-cı ilin fevralında səhmdarlar qarşısında hesabat verdim və məni təriflədilər. Elə buna görə də, Müşahidə Şurasının sədrinin mənə vəzifəmi tərk etmək barədə təklif verməsi, təəccüblü gəldi”.

Ona qarşı bankın irəli sürdüyü maliyyə tələblərindən danışan V.Xamaza bildirib ki, əsas səhmdarın (İsgəndər Xəlilov nəzərdə tutulur), səhmdarların toplantısında adıçəkilən hesabatdan sonra sualı onun başına gələnlərin başlanğıcını qoydu.

“O, məndən soruşdu ki, həll edə bilməyəcəyin problem var? Mən də dedim ki, bəli. Sizin dostunuz mənə beş ildir ki, 5 milyon dolları qaytarmır. O, bərk əsəbiləşdi, köməkçisinə dedi ki, məsələni onun yadına salsın. Yəqin o da, sonradan yadına salıb. İki gündən sonra həmin borcu olan şəxs mənə zəng vurdu və sözünün sonunda dedi ki, səni məhv edəcəm. Sonradan həmin şəxs Müşahidə Şurası ilə razılığa gəldi və Müşahidə Şurası məni çağırıb, vəzifədən getməyimi istədi. Mən də öz xahişimlə ərizə yazıb, getdim”. (Turan)

Əvvəlki yazı

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

Sonrakı yazı

YAP MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ! – Rəhbərliklə birlikdə ziyarətinə imkan verilmədi (Foto)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.