Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Azərbaycanda domen almaq qaydaları dəyişdi – YENİ QƏRAR

2019-03-01
in Cəmiyyət
0
Azərbaycanda domen almaq qaydaları dəyişdi – YENİ QƏRAR
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiq edib.

Bənzər Yazılar

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

İcra başçısı sabiq məmura vəzifə verdi

Sabah hava necə olacaq?

Qaydalara əsasən domen adının səviyyəsi domen adındakı simvollar qrupunu ayıran nöqtənin (“.”) sayından bir ədəd çox olan göstərici, ölkə kodlu yüksək səviyyəli domen adı qlobal internet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən domen adı, alt domen hər hansı domen adına nisbətdə daha aşağı səviyyəli domendir.

“Stop-list” siyahısı domen adı kimi qeydiyyatına məhdudiyyət və ya qadağa qoyulmuş söz və ya ifadələrdən ibarət siyahı , domen adları sistemi (DNS- Domain Name System) internetə qoşulmuş kompüter, xidmət və digər resurslara ad verən iyerarxik mərkəzləşmiş sistemdir.

“az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur. Sifarişçi “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatçısını sərbəst seçmək hüququna malikdir. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı (Milli inzibatçı), domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır. “gov.az” domen zonasının inzibatçılığı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun tənzimlənir. Qeydiyyatçılar domen adlarının qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bu Qaydaların tələbləri nəzərə alınmaqla, qeydiyyatın elektron formada aparılmasını təşkil edirlər.

Domen adının qeydiyyata alınması, qeydiyyatının ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması Sifarişçinin Qeydiyyatçıya elektron müraciəti əsasında həyata keçirilir.

Sifarişçi domen adının qeydiyyata alınması məqsədi ilə elektron formada müraciət üçün Qeydiyyatçının internet informasiya ehtiyatında qeydiyyatdan keçərək və ya elektron imza sertifikatlarından istifadə edərək istifadəçi hesabı yaradır. Bu istifadəçi hesabı qeydiyyatın ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması ilə bağlı müraciətlər zamanı da istifadə edilir. Başqalarının fərdi məlumatlarından istifadə edərək qeydiyyatdan keçmək yolverilməzdir.

Fiziki şəxslər internet informasiya ehtiyatında qeydiyyatdan keçməklə, istifadəçi hesabı yaradarkən özləri barədə aşağıdakı məlumatları daxil edirlər:

– adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;

– əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);

-şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;

– fərdi sahibkardırsa – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Hüquqi şəxslər istifadəçi hesabı yaradarkən aşağıdakı məlumatları daxil edirlər:

– rəhbərinin və ya nümayəndəsinin adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;

– həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;

– hüquqi şəxsin tam adı, qeydiyyatdan keçdiyi ölkəni göstərməklə, ünvanı və əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Sifarişçilər istifadəçi hesablarına qeydiyyat zamanı istifadə edilmiş üsulla, yəni istifadəçi adı və şifrə və ya elektron imza sertifikatlarından istifadə etməklə daxil olurlar. Domen adlarının qeydiyyatı zamanı Sifarişçiyə domen adının Qeydiyyat müqaviləsi ilə tanış olmaq, habelə qeydiyyat məlumatlarını daxil etmək, Qeydiyyata alınması və texniki xidmətlərin göstərilməsi ilə bağlı ödənişləri elektron formada həyata keçirmək imkanı yaradılır. Sifarişçi tərəfindən Qeydiyyat müqaviləsinin şərtlərinə razılıq verildikdən sonra elektron müraciət Qeydiyyatçıya göndərilir. Elektron müraciətin qəbul edildiyi barədə Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına dərhal bildiriş göndərilir və bu bildiriş Sifarişçiyə göndərildiyi andan müraciət baxılması üçün qeydiyyata alınmış hesab edilir. Bütün müraciətlərə eyni əsaslarla, onların daxilolma ardıcıllığı ilə ən geci 3 (üç) iş günü müddətində baxılır və nəticəsi barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına göndərilir. Domen adının qeydiyyata alınması barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçiyə göndərildiyi andan onlar arasında Qeydiyyat müqaviləsi qüvvəyə minmiş hesab edilir.

Domen adının qeydiyyat dövrü bir dəfəyə 10 ildən çox, 1 ildən az olmamaqla, Qeydiyyat müqaviləsi ilə müəyyən edilir və qeydiyyat dövrünə görə ödəniş illər üzrə hesablanır. Bu Qaydalar, habelə domen adlarının nümunəvi Qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilir. Sifarişçi domen adının cari vəziyyəti barədə Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında sorğu verməklə məlumat əldə edə bilər.

Domen adının seçimində aşağıdakı texniki tələblərə riayət edilməlidir:

– domen adı ən azı 3 (üç) və ən çoxu 63 simvoldan ibarət ola bilər;

– domen adında yalnız ingilis (Azərbaycan Respublikasının dövlət dilində domen adlarının qeydiyyatı tətbiq edildiyi halda isə, həmçinin Azərbaycan) əlifbasında mövcud olan hərflər, ərəb rəqəmləri (0-9) və defis (-) işarəsi ola bilər;

– domen adının başlanğıcında və sonunda defis (-) işarəsindən, habelə domen adında ardıcıl defis (-) işarələrindən istifadə oluna bilməz.

– Domen adının seçilməsi zamanı Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüslərindən və bunlardan yaranan ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə domen adlarının qeydiyyatı həmin şəxslərin, onların varislərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırıldıqdan sonra qeydiyyata alınır.

– İctimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, qəddarlığı, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri müdafiə edən söz və ya ifadələrin domen adında istifadəsinin qarşısının alınması məqsədi ilə sahə üzrə beynəlxalq təcrübə və Nazirliyin rəyi nəzərə alınmaqla, Milli inzibatçı tərəfindən “Stop-list” siyahısı müəyyən olunur.

Domen adında ictimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri ifadə edən söz və ya ifadələrdən, onların qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə hallar olduqda Qeydiyyatçı domen adının qeydiyyata alınmasından imtina etmək və ya qeydiyyatı ləğv etməklə yanaşı, müvafiq domen adının “Stop-list” siyahısına daxil edilməsi məqsədi ilə Milli inzibatçıya bildiriş göndərir.

Domen adının seçilməsi zamanı sifarişçilərə rəsmi adlarına, fəaliyyət istiqamətlərinə və ya onların həyata keçirəcəyi layihənin mahiyyətinə uyğun olan domen adının seçilməsi tövsiyə edilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna əsasən, domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışdırsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Bu halda geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında mübahisə yaradan domen adının qeydiyyatını aparan orqandan onun qeydiyyatına xitam verilməsini və ya həmin adın geniş tanınmış əmtəə nişanının sahibinə qaytarılmasını tələb edə bilər. Domen adının seçilməsi zamanı üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sifarişçi məsuliyyət daşıyır.

Azərbaycanın dövlət orqanlarının (qurumlarının), onların strukturlarına daxil olan və ya tabeliyindəki qurumların, beynəlxalq qurumların, idarə və müəssisələrin, həmçinin ictimai və siyasi təşkilatların adlarından, onların adlarının qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından domen adında istifadəyə yalnız həmin qurumların yazılı müraciəti və ya razılığı əsasında icazə verilir. Ehtiyatda saxlanılan domen adlarının qeydiyyatı Nazirliyin razılığı əsasında həyata keçirilir. Ehtiyatda saxlanılan domen adlarının siyahısı dövlət orqanlarının (qurumlarının) rəy və təklifləri əsasında Nazirlik tərəfindən müəyyən edilir. Ümumistifadəli ikinci səviyyəli domen adları üçüncü səviyyəli domen adlarının qeydiyyatı məqsədi ilə ehtiyatda saxlanılır. Yeni domen adlarının ümumistifadə üçün müəyyən edilməsinə dair qərar Nazirliyin rəyi nəzərə alınmaqla Milli inzibatçı tərəfindən qəbul edilir. Eyni domen adlarının qeydiyyata alınması ilə bağlı ilk müraciət edən şəxsə üstünlük verilir.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Mehman Hüseynov 48 saata azadlıqda olacaq - Daha kimlər həbsdən çıxa bilər?

Sonrakı yazı

Vətəndaşı döyən icra başçısının müavini işdən çıxarılır... -Daha onu "qoruyan əl” yoxdur -VIDEO

Sonrakı yazı
Vətəndaşı döyən icra başçısının müavini işdən çıxarılır… -Daha onu “qoruyan əl” yoxdur -VIDEO

Vətəndaşı döyən icra başçısının müavini işdən çıxarılır... -Daha onu "qoruyan əl” yoxdur -VIDEO

Milli Məclisdə mart ayı üçün vətəndaşların qəbul günləri açıqlandı –CƏDVƏL

Milli Məclisdə mart ayı üçün vətəndaşların qəbul günləri açıqlandı –CƏDVƏL

Kredit borcunun 73 faizi vətəndaşların üzərində qalacaq? –İqtisadçı Nemət Əliyevdən fərqli baxış – TƏHLİL

Kredit borcunun 73 faizi vətəndaşların üzərində qalacaq? –İqtisadçı Nemət Əliyevdən fərqli baxış - TƏHLİL

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

2021-03-08
Pərvin sinə dekolteli olay oldu

Pərvin sinə dekolteli olay oldu

2021-03-08
Daha bir şəhidimiz dəfn olundu

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

2021-03-08
BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

2021-03-08
İcra başçısı sabiq məmura vəzifə verdi

İcra başçısı sabiq məmura vəzifə verdi

2021-03-08
Məşhur amerikalı reper qətlə yetirildi

Məşhur amerikalı reper qətlə yetirildi

2021-03-08
Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

2021-03-08
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2021-03-08
Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

2021-03-08
“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
“Şuşa Azərbaycanındır” deyən erməni qadın

“Şuşa Azərbaycanındır” deyən erməni qadın

2021-03-08
Arutyunyan Qırmızı Bazara gəldi

Arutyunyan Qırmızı Bazara gəldi

2021-03-08
Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

2021-03-08
Badamdarda sürüşmə olub, restorana zərər dəyib

Badamdarda sürüşmə olub, restorana zərər dəyib

2021-03-08
Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

2021-03-08
Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

2021-03-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Daha bir şəhidimiz dəfn olundu
SEÇMƏ

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı
SEÇMƏ

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə
SEÇMƏ

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

2021-03-08
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.