2023-cü ilin iyun ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 282.8 milyon manat faiz gəliri əldə ediblər.
Reportyor.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% və ya 58.5 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 128.2 milyon manat, xalis mənfəətləri isə 126.2 milyon manat təşkil edib.