02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir -VİDEO FAKT

17 Aprel 2018, 23:00
Seçmə
A A
Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir -VİDEO FAKT

 

“… Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər…” Ölkə başçısı bu fikirləri bir neçə gün öncə bəzi hüquq-mühafizə orqanları və sərhəd xidməti əməkdaşlarını nəzərdə tutaraq söyləmişdi. Ancaq təəssüf ki, “dilənçilik edənlərin” siyahısı təkcə həmin şəxslərlə məhdudlaşmır və bu sırada ölkəmizin səhiyyə sistemində təmsil olunanlar da xüsusi yerə malikdir.

Ölkədə səhiyyənin ümumi vəziyyəti sağlamlıq durumundan asılı olmayaraq, hər birimizə məlumdur. Lakin hansısa ciddi xəstəliyə düçar olmadan, səhiyyənin insanlarımıza verdiyi əzabları tam təsəvvür etmək çətindir.

Azərbaycanın səhiyyə sisteminin nə vəziyyətdə olduğunu deməyə gərək yoxdur. Reportyor.info xəbər verir ki, Bakı da daxil olmaqla, əyalətlərdə xəstəxanalarda göstərilən xidmətin bərbad olması, rəsmi sənədlərdə pulsuz olan xidmətlərin hamısı pulludur. Vətəndaşların narazılığı isə ən pik həddədir.

https://www.youtube.com/watch?v=OXiKQ0Sa-6Y&t=3s

Səhiyyə Nazirliyi isə üzdə bir söz deməklə bərabər, arxada bildiyi kimi hərəkət etməklə əslində, cəmiyyətdə özünə qarşı etiraz formalaşdırır. Reportyor.info xəbər verir ki, Oqtay Şirəliyevin fəaliyyətinin qeyri-qənaətbəxş olmasını elə hakimiyyət dairələri də yaxşı bilirlər. Onun işinin öhdəsindən gələ bilmədiyi, səhiyyə sisteminə nəzarəti əldən verməsi, nazirlik daxilində ciddi problemlər yaratdığı artıq hər kəsə bəlli məsələdir.

Azərbaycan səhiyyəsini reanimasiyaya və komaya salan Əli İnsanov artıq 12 ildir ki, həbsdədir. Bu nəyi dəyişib?! Heç nəyi.
Fiqurların dəyişikliyi əsla sistem dəyişikliyinə səbəb olmur. Pisi lap pis əvəzləyir.
Ona görə də Əli İnsanovu əvəzləyən Oqtay Şirəliyev Azərbaycan tibbini nə komadan çıxarıb, nə reanimasiya şəraitindən! Reportyor.info  yazır ki, qocaman nazirin dövründə ölkənin səhiyyəsi qanqrena verməkdədir, tək yol var – kəsib atmaq.

 

 

Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi, qəzəb və od püskürdüyü Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanına belə üsyan yoxdur: ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, orqan mafiyası, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.

2seh

Əli İnsanovun həbsindən sonra Oqtay Şirəliyevin ölkə səhiyyəsini gətirib çıxardığı nöqtədir. Azərbaycanda tibb sahəsi məhv edilməklə yanaşı genofond dağıdılır.
İnsanlar həkimlərə etibar eləmir, İran, Türkiyə, Gürcüstan, daha böyük imkanı olanlar Avropaya müalicə, əməliyyat üçün üz tuturlar.
Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi…
Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.

https://www.youtube.com/watch?v=a2TKhgl3RdQ

Öz vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərən, xalqının qayğısına qalan, həkimləri rüşvət almayan, klinikaları insanları soymayan, özünə hörmət qoyan bir dövlət niyə vətəndaşlarının rüşvət bataqlığında boğulan bir ölkənin səhiyyəsinin caynağına atmalıdır?! 

Oqtay Şirəliyevv nazir olduğu dövrdə köklü islahatlar aparmalıydı. 
Amma bunların heç biri nəinki olmadı, ölkənin səhiyyə sistemində rüşvət və səhlənkarlıq xərçəng kimi yayılmağa başladı. 
10 il əvvəllə müqayisə edəndə, indi Azərbaycan xalqının öz həkiminə, tibbinə zərrə qədər də etibarı, inamı qalmayıb. 
Ümumiyyətlə, prezident İlham Əliyevin komandasında Oqtay Şirəliyevin gənc nazirlə əvəzlənməsi zərurəti var. Bunu tez-tez ekspertlər də, keçirilən sorğularda vətəndaşlar da dilə gətirirlər.

İndiki durumda səhiyyə kimi önəmli sektora islahatçı, gənc və işləyən bir nazir təyin olunarsa, müəyyən pozitiv nəticələr olacağına ümid etmək olar.
Bir toplumun məhvi üçün onun təhsil və səhiyyəsi məhv olunmalıdır ifadəsi nə qədər şablon səslənsə də, günümüzün tərs şapalaq kimi reallığdır ki, hər dəfə üzümüzə çırpılır.

Ölkənin adını batıran, dünyada rüsvay edən, Səhiyyə Naziri yalnız və yalnız istefa verməlidir.

P.S  Allah bütün xəstələrimizə şəfa, bu sahəyə nəzarət və yiyəlik edənlərə isə azacıq insaf versin..

REPORTYOR.info


Əvvəlki yazı

Ekologiya nazirliyi Sumqayıtda ekoloji fəlakət yaradır – FOTOLAR

Sonrakı yazı

“Azərenerji” rəhbəri üçün “əcəl zəngi”ni tezləşdirən SƏBƏBLƏR…

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.