Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Uncategorized

Azərbaycan Vəkilliyinin beynəlxalq tanınması ölkəmizdə insan hüquqlarının təminatının artmasının təzahürüdür

2022-06-01
in Uncategorized
A A
0
Azərbaycan Vəkilliyinin beynəlxalq tanınması ölkəmizdə insan hüquqlarının təminatının artmasının təzahürüdür
0
SHARES
52
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Turqay Hüseynov

h.e.d., AR VK Rəyasət Heyətinin üzvü

 

 

Son 5 il ərzində Azərbaycan Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən üğurlu fəaliyyət həm vəkillik institutunun dövlətdaxili ədalət mühakiməsi müstəvisində öz yerinin möhkəmlənməsi, cəmiyyət tərəfindən müstəqil və insan hüquqlarının təminatçısı kimi dəyərləndirilməsi, həmçinin beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlığının genişlənməsi ilə müşahidə olunmaqdadır. Təsisatın mövcud faydalı durumu vəkillərin (hüquqşünasların) aparıcı beynəlxalq birlikləri tərəfindən müsbət qəbul edilməsi və beynəlxalq tələblərə uyğun kimi dəyərləndirilməsi ilə fərqlənməkdədir. Şaxəli beynəlxalq əməkdaşlıq istiqamətlərində Avropada fəaliyyət göstərən ixtisaslaşmış qurumlarla əlaqələrin dərinləşməsi önəmli yer tutmaqdadır. 16 may 2022-ci ildə baş vermiş hadisə,məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzlüyə qəbul edilməsi,isə bu uzun yolun kulminasiya nöqtəsi olmuşdur. Azərbaycan Vəkilliyinin beynəlxalq müstəvidə fəaliyyət göstərən həmin qurum tərəfindən tanınması aparılan islahatların dahada dərinləşməsinə və qurumun nüfuzunun artmasına səbəb olacağı danılmazdır.

Bir milyondan artıq hüquqşünasları birləşdirən CCBE Avropa və digər beynəlxalq qurumlar qarşısında ümumi maraqları naminə Avropa vəkilləri və hüquq cəmiyyətlərini təmsil edir və müntəzəm olaraq öz üzvləri ilə Avropa institutları, beynəlxalq təşkilatlar və dünyanın digər hüquqi təşkilatları arasında əlaqə rolunu oynayır.Peşənin tənzimlənməsi, qanunun aliliyinin, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsi CCBE-nin ən mühüm missiyalarıdır. Xüsusi narahatlıq doğuran sahələrə ədalət mühakiməsinə çıxış hüququ, ədalət mühakiməsi proseslərinin rəqəmsallaşdırılması, qanunun aliliyinin inkişafı və peşənin əsas dəyərlərinin təbliği və müdafiəsi vasitəsilə müştərinin müdafiəsi daxildir.CCBE həmçinin müasir ünsiyyət vasitələrindən istifadə etməklə Avropa vətəndaşlarının ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaq üçün çatımlılığı artırmaq və kömək etmək məqsədi daşıyır.

Göründüyü kimi, CCBE üzvlüyə qəbul edilməsi meyarları məzkur prosesin uğurla nəticələnməsində ölkədə aparılam hüquq islahatlarından da qaynaqlanması danılmazdır. Məhz vəkillik peşəsinin və məhkəmə sisteminin müstəqilliyi, vəkil-müştəri məxfiliyi, ədalət mühakiməsinə çıxış, qanunun aliliyi, və bütün vəkillərin təqib və maneə olmadan öz peşələrini sərbəst şəkildə icra etmək imkanı əsas meyarlandandır. Odur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE üzv qəbul edilməsi bu şəraitin artıq respublikamızda mövcudluğunu ehtiva edir və bundan sonra üzvlük statusunun artmasında öz töhvəsini verəcəyinə asas verir.

CCBE-dəüzvlük Azərbaycan Vəkillər Kollegiyasının gələcək inkişafını təmin etməklə yanaşı həmin təsisatın müzakirə masalarında yaxından iştirak etməsini, faydalı birgə layihələrin həyata keçirilməsini, insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq müdafiə müxanizmlərinə çatımlılığının təmin edilməsini, vəkillik peşəsinin dəyərlərininin qorunmasını və nəticə etibarı ilə insan hüquqlarının müdafiəsini təmin edəcəkdir.

Fürsətdən istifadə edərək bir daha bu tarixi prosesin uğurla nəticələnməsində iştirakı olan dəyərli həmkarlarımıza öz dərin minnətdarlığımı bildirir və gələcək fəaliyyətimizə uğurlar arzulayıram.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək

Next Post

Abşeron rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib

Next Post
Abşeron rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib

Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” silsilə tədbirlərlə qeyd edilib

Daha 53 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Daha 53 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR

Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28
Cüneyt Arkın vəfat etdi

Cüneyt Arkın vəfat etdi

2022-06-28
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26
Sergey Şoyqu Ukraynada – VİDEO

Sergey Şoyqu Ukraynada – VİDEO

2022-06-26
Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

2022-06-26
BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

2022-06-26
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

2022-06-26
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

2022-06-25
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

2022-06-25
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

2022-06-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.