22-01-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərdi

11 Dekabr 2025, 17:02
Gündəm, Manşet
A A
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərdi

Prezident İlham Əliyev Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əziz Qardaşım,

Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Əvvəlki yazı

Azərbaycana şaxta, qar, boran gəlir: Bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK

Sonrakı yazı

Ərdoğan sabah Putinlə görüşəcək

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

22 Yanvar 2026, 12:47
Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

22 Yanvar 2026, 12:39
Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

22 Yanvar 2026, 12:24
Ağdamın ilk küçə adları — FOTO

Ağdamın ilk küçə adları — FOTO

22 Yanvar 2026, 12:22
Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

22 Yanvar 2026, 12:21
“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

22 Yanvar 2026, 12:19
Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

22 Yanvar 2026, 12:18
Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

22 Yanvar 2026, 12:16
21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

22 Yanvar 2026, 12:15
“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

22 Yanvar 2026, 12:06
Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

22 Yanvar 2026, 12:04
Bəşər Əsədin əmisi öldü

Bəşər Əsədin əmisi öldü

21 Yanvar 2026, 16:34
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

21 Yanvar 2026, 16:24
Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

21 Yanvar 2026, 16:10
Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

21 Yanvar 2026, 16:07
“İnanın mənə, bu, xoş hissdir” – Prezident

“İnanın mənə, bu, xoş hissdir” – Prezident

21 Yanvar 2026, 13:18
4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

21 Yanvar 2026, 13:16
İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

21 Yanvar 2026, 13:15
İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

21 Yanvar 2026, 13:13
Trampla Əliyev arasında məktub mübadiləsi oldu

Trampla Əliyev arasında məktub mübadiləsi oldu

21 Yanvar 2026, 13:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.