Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycan gücləndikcə onun ordusu da güclənir

2022-06-23
in Cəmiyyət
A A
0
Azərbaycan gücləndikcə onun ordusu da güclənir
0
SHARES
6
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

“Ordu bizim doğma ordumuzdur.
Ordu xalqımızın tərkib hissəsidir.
Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır”
Heydər Əliyev

Hər bir ölkənin yaşaması və inkişaf etməsi üçün onun güclü ordusu olmalıdır. Ordu quruculuğu olduqca çətin və mürəkkəb bir prosesdir.
1918-ci ilə qədər Azərbaycanın öz milli ordusu olmayıb. Bir sıra qonşu ölkələr Azərbaycan torpaqlarına göz dikərək onu parçalayaraq öz ərazilərini genişləndirmək niyyətində olub. Bu niyyətlərini hətta açıq şəkildə də bəlli ediblər. Onsuz da xarici dövlətlərin gücü ilə Azərbaycan ərazisində yaradılan Ermənistan isə torpağında yaşadığı azərbaycanlılara qarşı düşmən kəsilərək vaxtaşırı silahlı basqınlar törətməkdən, dinc əhalini qətlə yetirməkdən də çəkinməyib.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti yaradılıb. İyun ayının 26-da isə xarici müdaxilələrdən qorunmaq və daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan korpusu yaradılıb və eyni zamanda hökümət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Avqustun birində Azərbaycan Hərb Nazirliyi təsis olunub, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edilib.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni bolşevik işğalından azad edib.
Lakin bu uzun sürməyib. Azərbaycan Xalq Cumhuriyyəti yalnız 23 ay yaşaya bilib. Azərbaycan ziyalılarının 23 ay ərzində gördükləri işlərdən narahar olan sovet rəhbərliyi buna son qoymaq qərarına gəlib.
1920-ci il aprel ayının 28-də Azərbaycan sovet işğalına məruz qalıb. Hərbi Nazirlik ləğv olunub. Ordumuzun 15 generalı isə güllələnib. Azərbaycanın torpaqlarını zəbt etmək istəyən qüvvələr azərbaycanlı gənclərini ordu sıralarında xidmət etdikdə yalnız tikinti batalyonunlarında işlədiblər. Azərbaycanlıların silah-sürsatdan istifadə etməsinin, ümumiyyətlə hərb sahəsini mənimsəməsinin qarşısını alıblar. Azərbaycana qarşı hər kəsin gizli və aşkar niyyətini bilən uzaqgörən siyasətçi, Dahi Rəhbər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanda hərbi kadrların hazırlanmasına başlanılıb. Heydər Əliyev böyük zəhmət və əziyyətlə Azərbaycanda ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi lisey yaratmağa nail olub. Və bir an belə öz diqqətini bu liseyin üzərindən əskik etməyib. Ulu Öndər çıxışlarının birində deyib ki, mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü şəxsən özüm çox yüksək qiymətləndirirəm.
C.Naxçıvanski adına məktəb-liseyin yüksək səviyyədə fəaliyyəti Azərbaycanda hərb sənətinə marağı oloduqca gücləndirib. Burada qısa müddət ərzində ixtisaslı zabit kadrları hazırlanmağa başlanıb. Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq, Bakı Ali Hərbi Dənizçilik və digər hərbi məktəblərdə güzəştli şərtlərlə təhsil alıb və hərbin sirlərinə yiyələniblər.
Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə gəldikdən sonra ilk əvvəl ordu quruculuğuna başladı. Təcavüzkar Ermənistanla atəşkəsə nail oldu. Respublikada siyasi sabitlik yaratdı. Bundan sonra isə Dahi Rəhbərin göstərişi ilə Azərbaycan Milli Ordusunun formalaşması istiqamətində daha böyük işlərin görülməsinə başlandı.
Rəsmi bayram kimi qeyd edilməsi üçün Heydər Əliyevinn Fərmanı ilə 26 iyun – Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan olundu.
Vətənimizin, xalqımızın təhlükəsizliyinin, gələcəyinin qayğısına qalan Ulu Öndər ordumuzun daha da inkişaf etməsi, yüksək ixtisaslı milli kadrların yetişdirilməsi üçün 1999-cu il fevral ayının 20-də Hərbi Akademiyanın yaradılması barədə Fərman imzalayıb.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hərbçiləri bir sıra NATO proqramlarında, Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanistanda, İrakda zəngin təcrübə qazanıblar. Beləliklə Azərbaycan Ordusu öz standartlarını NATO standartlarına uyğunlaşdırıb.
Heydər Əliyev çox qısa bir zaman kəsiyində Azərbaycan hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bilib.
Hal-hazırda ordumuz ən müasir texnikaya sahib olan və Silahlı Qüvvələrinin döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan Ordusu nəinki bölgədə, həm də hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır.
Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir”.
Peşəkar, güclü, qəhrəman Azərbaycan Ordusu işğalçı Ermənistan Silahlı Qüvvələri yeni ərazi iddiası ilə Azərbaycana hücum edərkən 44 gün ərzində onları geri oturtdu, eyni zamanda 30 il işğal altında saxlanılan torpaqlarımızı da namərd ermənilərdən təmizləyərək azad etdi. Tarixi ədalət bərpa edildi. Azərbaycan öz torpaqlarını öz gücü, öz siyasəti hesabına azad etdi. 44 gün ərzində ordumuz yalnız irəli getdi. İgid vətən oğulları sinələrini vətənə sipər etdilər. Bir nəfər belə geri qalmadı. Hərbi komissarlıqların qarşısı könüllülərlə doldu. Yaralılar qospitallardan öz istəyi, öz təkidi ilə birbaşa cəbhə bölgəsinə yollandı.
Sevindirici haldır ki, yenilməz, Müzəffər ordumuzun, zabitlərimizin Qarabağ müharibəsi zamanı istifadə etdikləri döyüş taktikası bir çox ölkələrin hərbi məktəblərində dərsliklərə salınaraq təlim kimi keçirilir, öyrənilir.
Bu gün ordumuz müasir texnika ilə təchiz olunur, ciddi təlimlər keçirilir. Hərbçilərin döyüş potensialı gücləndirilir. Azərbaycan zavodlarında hərbi təyinatlı məhsullar hazırlanır. Ölkəmizdə hazırlanan bu texnika və silah-sürsat ordumuzu təchiz edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ordumuzda Azərbaycan üçün yenilik olan Komando Briqadaları yaradılıb. Xüsusi hazırlıq görmüş bu briqadalar istənilən hərbi vəzifəni yerinə yetirməyə qadirdirlər.
Onsuz da güclü olan ordumuz gün-bə gün güclənir. Vətənimizi göz bəbəyi kimi qoruyur.
44 günlük vətən müharibəsində üc mindən artıq qəhrəman Azərbaycan övladı vətənimizin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və yaşayacaq.
27 sentyabr 2020-ci il tarixdə cənab Ali Baş Komandanın çağırışı ilə Abşeron rayonundan da minlərlə vətənpərvər gənc könüllü olaraq cəbhəyə getmək üçün Abşeron Rayon Hərbi Komissarlığına müraciət etdi. Bu gün rayonda 204 Birinci Qarabağ və 120 Vətən Müharibəsində şəhid olanların ailə üzvləri və 87 nəfər Vətən Müharibəsi qazisi yaşayır. Onların hər biri dövlətimizin qayğısı ilə əhatə olunur.
Cənab Prezident İlham Əliyev qələbə münasibəti ilə 15-dən artıq orden və medal təsis edib. Bu orden və medallar müharibədə şücaət göstərən əsgərlərimizə təqdim olunub və canını vətən yolunda fəda edən şəhidlərimizə ünvanlanıb.
Möhtəşəm qələbəyə görə fenomenal biliyə, bacarığa sahib olan, vətənini, xalqını canından artıq sevən Ulu Öndərə, Müzəffər Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusuna və Dəmir yumruq ətrafında sıx birləşən Azərbaycan xalqına minnətdarıq.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

“Yay Rusiya ordusu üçün isti keçəcək” – ABŞ yeni raketlər verdi

Next Post

Əbülfəz Elçibəyin doğum günüdür

Next Post
Əbülfəz Elçibəyin doğum günüdür

Əbülfəz Elçibəyin doğum günüdür

Dünyada meymunçiçəyinə yoluxma sayı 3 mini ötdü

Dünyada meymunçiçəyinə yoluxma sayı 3 mini ötdü

“Kürəkənim deyir ki, kef elə, nə istəyirsən geyin“ 

“Kürəkənim deyir ki, kef elə, nə istəyirsən geyin“ 

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29
Ermənistanda qadın yeni baş prokuror seçildi

Ermənistanda qadın yeni baş prokuror seçildi

2022-06-29
“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

2022-06-29
Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

2022-06-29
Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

2022-06-29
Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

2022-06-29
İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

2022-06-29
Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

2022-06-29
Repçinin xanımından qəribə açıqlama

Repçinin xanımından qəribə açıqlama

2022-06-29
Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

2022-06-29
“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

2022-06-29
“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.