07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanır

10 Aprel 2022, 15:13
Cəmiyyət
A A
Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanır

ATƏT-in Minsk Qrupunun yarandığı vaxtdan qəbul etdiyi sənədlərə diqqət yetirsək, bu sənədlərdə indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən söhbət açılmayıb, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə açıq şəkildə etirazını bildirib, münaqişənin yalnız Minsk Qrupu çərçivəsində, özlərinə sərf edən şəkildə həllini iddia edib. Bu qurum indiyədək Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürməyib və demək olar ki, 30 ildən artıq müddətdə bütün dünyanı öz saxtakarlığı ilə aldadıb.
ATƏT-in Minsk Qrupu bir vaxt hazırladığı bəyanatı düşünülmüş şəkildə bir neçə dəfə yaymış və hazırladıqları, yalnız kağız üzərində qalan bəyanatın nəticəsinə belə əhəmiyyət verməmişdir. Ermənistan tərəfi də şübhəsiz ki, bu bəyanatlara laqeyd yanaşaraq öz işğalçı işlərini davam etdirmişdir. Durmadan cəbhəboyu ərazilərdə təxribatlar törətmiş, dinc əhalini qətlə yetirmiş, yaşayış məntəqələrinə ciddi ziyan vurmuşdur.
ATƏT-in Minsk Qrupu indiyədək demək olar ki, Ermənistanın işğalçılığına göz yummuş və münaqişəni həll etmək mövzusunda tamamilə fəaliyyətsiz olmuşdur. Belə ki, 30 il müddətində bu qurumun nəzərə çarpacaq heç bir işi olmamışdır.
Nəhayət Azərbaycan öz tarixi torpaqlarını uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mükəmməl, hazırlıqlı ordumuz və igid, vətənpərvər övladlarımızın sayəsində, onların qanı, canı bahasına 30 illik işğaldan azad etdi. Lakin Azərbaycan tərəfinin öz əzəli-əbədi torpaqlarını azad etməsindən bir ildən artıq bir müddət keçməsinə baxmayaraq erməni tərəfi sülh müqaviləsi bağlamağa və sərhədlərin delimitasiyasına bu vaxtadək razı olmurdu.
2021-ci ilin 14 dekabrında ilk dəfə Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel gündəliyi formalaşdırılmışdır. Bu günə qədər İlham Əliyev və Şarl Mişel arasında dəfələrlə telefon danışıqları və yazışmalar olub.
Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı tərəfdir. Belə ki, Azərbaycan və Ermənistan respublikaları arasında on illərlə mövcud olan problemlərin aradan qaldırılması və tezliklə sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirir və buna nail olmaq üçün yardımçı olmağa çalışır.
2022-ci il aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul edib. Şarl Mişel görüşdə 2021-ci ilin dekabr ayında – müharibədən sonrakı dövrdə keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini qeyd edib.
Tədqirəlayiq bir haldır ki, Şarl Mişel Brüssel görüşlərinin nəticələri ilə əlaqədar hazırlanan bəyanatda “Dağlıq Qarabağ” sözünü işlətməyib. Azərbaycanda qoşunların yerinin dəyişdirilməsini də Azərbaycanın öz daxili işi kimi qələmə verib. Bu bəyanatda ATƏT-in Minsk Qrupunun adına rəst gəlinməməsi də onu göstərir ki, artıq bu strukturun heç bir səlahiyyətləri qalmayıb.
Görüş qarşılıqlı anlaşma şəklində keçib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Sənəddə olan əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşündə eyni zamanda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaradılıb və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılmağa başlayıb.
Bildiyimiz kimi 44 günlük müharibədə Azərbaycanın zəfər çalmasından sonra ermənilərə əraziləri tərk etmək üçün vaxt verilmişdi. Ermənilər isə verilən bu vaxtdan istifadə edərək Azərbaycanın ərazilərinə minlərlə mina basdırıb getdilər. Müharibənin qanunlarına görə müharibə bitdikdən sonra basdırılan minaların xəritəsi digər tərəfə təqdim edilməlidir, lakin Ermənistan tərəfi hələ də buna əməl etmir. Bunun nəticəsidir ki, onlarla dinc sakin bu minalara düşərək həyatını itirib və yaxud ömürlük şikəst olub. Minaların təmizlənməsi isə çox uzun vaxt aparır. Odur ki, gözü yolda qalan qaçqın və köçkünlərimiz öz yurd yuvalarına geri qayıda bilmirlər. Brüssel görüşündə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, itkin düşmüş şəxslərin tapılmasında, eləcə də bu ərazilərdə quruculuq və bərpa işlərində Avropa İttifaqının da yaxından iştirak edəcəyi və Azərbaycana dəstək olacağı nəzərdə tutulduğu qeyd olunub.
Brüssel görüşü görkəmli, uzaqgörən siyasətçi, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru idi.
Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi regional lider kimi qəbul edir və dəstəkləyir.
Ermənistanın son vaxtlar hər hansı bir iddialarla prosesi ləngitmək cəhdləri cənab Prezidentimiz İlham Əliyevin böyük siyasəti və nüfuzu sayəsində iflasa uğrayır. Azərbaycan qısa müddətdə döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də böyük qələbələr qazanmaqdadır.
Sevindirici haldır ki, Azərbaycan Prezidenti öz savadı, bacarığı, siyasəti, diplomatiyası ilə bütün dunyada tanınmış və hörmət qazanmışdır.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Qapalı məkanlarda maska tələbi ləğv olunur? – Səhiyyə nazirindən açıqlama

Sonrakı yazı

Rusiyanın itkiləri 20 minə çatır

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.