Aygün Kazımovanın oğurlanan “Instagram” səhifəsi bərpa olunub.
Reportyor.info xəbər verir ki, Xalq artisti 1,4 milyondan çox izləyicisinin olduğu hesabının qayıtmasını tədbirdə olarkən öyrənib.
Həmin an müğənninin ətrafında olan dostları sevinclərini gizlədə bilməyiblər. Onların həmin görüntüləri sosial şəbəkədə yayılan videoda əks olunub.