19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aydın Talıbov deputat olmağa hazırlaşır

24 Aprel 2024, 10:50
Maraqlı
A A
Aydın Talıbov deputat olmağa hazırlaşır
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.

AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə “Ulduz” Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda “VG” adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə “Araz” supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək “Araz” supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, “OBA” marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan “Favorit” şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib. “Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.

Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir: “Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”.

Əvvəlki yazı

Qırğız prezident Bakıya gəlir

Sonrakı yazı

Rusiyanın neft emalı zavodu VURULDU

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.