10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“AYDA 5 MİN VƏD EDİB, MƏNİ DƏ ALDATDI, BANKI DA…” – Şirkət rəhbəri tərəfindən aldadılan qadın Prezidentdən kömək istəyir

14 Avqust 2018, 16:57
Cəmiyyət
A A
“AYDA 5 MİN VƏD EDİB, MƏNİ DƏ ALDATDI, BANKI DA…” – Şirkət rəhbəri tərəfindən aldadılan qadın Prezidentdən kömək istəyir

Redaksiyamıza müraciət edən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakini R.Kazımova “ŞURATAZ LTD” MMC-yə rəhbərlik edən Abbasov Xaliq Nəriman oğlu tərəfindən aldadılaraq, daşınmaz əmlakından məhrum olunduğunu bildirir.

R.Kazımova müraciətində deyir ki, sözügedən şirkətin faktiki rəhbəri olan X.Abbasov onun etibarından sui-istifadə edərək, xanıma məxsus evi qanunsuz şəkildə Bank VTB (Azərbaycan) ASC-də girov qoyub: “Xaliq Abbasovun rəhbərliyi və cızdığı plan üzrə “QRANT GARDEN” MMC ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 129926-1-11787 saylı “Baş kredit razılaşması”na əsasən 06.08.2014-cü il tarixdən 06.08.2024-cü il tarixədək 10 000 000 (on milyon) manat kredit xətti açılmışdır. “QRANT GARDEN” MMC-yə soyuducu quraşdırılması məqsədilə 60 ay müddətinə, illik 12 faizlə 1 275 000 (bir milyon iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, öhdəliklərin icrasının təmini üsulu kimi “ŞURATAZ LTD” MMC və Abbasov Xaliq Nəriman oğlu ilə “zaminlik” müqavilələri bağlanılmışdır. Hazırda isə banka demək olar ki, heç bir ödəniş etməyən “QRANT GARDEN” MMC-nin müqavilə üzrə 1232018.30 (bir milyon iki yüz otuz iki min on səkkiz dollar otuz sent) ABŞ dolları məbləğində borcu vardır”.

Şikayətçinin dediklərindən belə aydın olur ki, “ŞURATAZ LTD” MMC-nin sözügedən kreditin qarşılığında qoyduğu girovların siyahısına R.Kazımovaya aid Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yerləşən 249.7 kv.m sahədən ibarət 6 otaqlı və 344.2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 2 mərtəbəli 2b nömrəli fərdi yaşayış evi də daxil edilib: “Xaliq Abbasov tərəfindən aldadılmışam. Belə ki, mənə məxsus sözügedən əmlakın girov qoyulması üçün lazım olan bütün sənədləşmə işlərini o özü həyata keçirib. Bu zaman evin dəyərini süni şəkildə şişirdərək saxta sənədlər əsasında girov qoymağa çalışan Xaliq Abbasovun planlarından xəbərim olmayıb”.

xaliq

Xaliq Abbasov

R.Kazımova şirkət rəhbərini saxtakarlıqda ittiham edərək, onunla yanaşı bir neçə nəfərə qarşı oxşar əməllər törətdiyini iddia edir: “Mənə məxsus evin yerləşdiyi torpaq sahəsi dövlətə məxus olduğu üçün girov qoyula bilməzmiş. Eyni zamanda, ev girov qoyularkən, orada qeydiyyatda olan şəxslərin razılığı alınmayıb. Əvəzində həmin şəxslərin yerinə imza edilərək, guya onların razılığının olmasına dair saxta sənəd hazırlanıb”.

Şikayətçi şirkət sahibinin həm onu, həm də bankı aldatdığını eyd edir: “X.Abbasov mənə məxsus evi ipotekaya qoyarkən bildirmişdi ki, onun həyata keçirdiyi biznes layihəsi çox uğurlu olduğu üçün bizə hər ay 5 000 (beş min) manat pul verəcək. Amma o, qismən ödəniş etdikdən sonra nəinki mənə, ümumiyyətlə banka da ödəniş etməyib”.
Məhkəməyə müraciət edən şikayətçi Nəsimi Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsindən narazı qaldığını və işin hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatında olduğunu bildirir. Faktiki olaraq, öz evindən məhrum olan R.Kazımova Prezident İlham Əliyevə müraciətində mülkiyyət hüququnun bərpa olunması və yaşayış evinin girovluqdan çıxarılmasına yardımçı olmağı xahiş edir.

R.Kazımovanın bu şikayətilə bağlı Xaliq Abbasovla əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Bununla belə, onun da mövqeyini yayımlamağa hazır olduğumuzu bəyan edirik.

Vaqif NƏSİBOV

Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva Macarıstanda “Turan Forumu”nda Azərbaycanla bağlı məruzə ilə çıxış edib

Sonrakı yazı

Təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.