05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AXC 9 may Qələbə gününü niyə bayram kimi ləğv etmişdi? –Sabiq baş nazir aydınlıq gətirdi

11 May 2018, 11:09
Cəmiyyət
A A
AXC 9 may Qələbə gününü niyə bayram kimi ləğv etmişdi? –Sabiq baş nazir aydınlıq gətirdi

9 may İkinci Dünya müharibəsinin başa çatması və faşizm üzərində qələbə günü Azərbaycanda qeyri-iş günü olan dövlət bayramları sırasında yer alır. Azərbaycan 9 may Qələbə gününü yüksək səviyyədə qeyd edir.

Bir neçə gündür ki, həm telekanallarda, həm sosial şəbəkələrdə müzakirə mövzularında biri də Xalq Cəbhəsi hakimiyyəti dövründə 9 mayın dövlət bayramı kimi qeyd edilməsinə qadağa qoyulmasıdır. İddia olunur  ki, Əbülfəz Elçibəy hakimiyyəti 9 mayı qeyri-iş günü olan dövlət bayramları siyahısından çıxarmışdı.

Bəs əslində belə bir addım atılmışdımı?

Xalq Cəbhəsi hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 9 may faşizm üzərində dünya xalqlarının böyük bir hissəsinin qələbəsi kimi qeyd edilir. Anti-Hitler koalisiyasının əksər ölkələrində faşizm üzərində qələbə günü kimi 8 may qeyd olunur. Çünki 8 mayda Almaniya hərbi komandanlığı təslim aktı imzalamışdı. 9 mayda isə koalisiyanın əsas üzvlərindən olan SSRİ rəhbərliyinin təkidi ilə ikinci bir təslim aktı imzalanmışdı. Ona görə də qələbə günü keçmiş sovet bloku ölkələrində 9 mayda qeyd olunurdu: “Onu da deyim ki, SSRİ-də 9 may qələbə günü 1965-ci ildən rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlayıb. SSRİ bunu Böyük Vətən müharibəsinin qələbə ilə başa çatması günü kimi qeyd edirdi. Yəni bu məsələ xeyli dərəcədə ideoloji yükə malik olan bayram idi. SSRİ dağılandan sonra keçmiş sovet respublikalarında 9 may faşizm üzərində qələbə günü olaraq qeyd olunub. İndi isə bir qədər məlumatsızlıqdan irəli gələn təhrifə yol verilir. Bu bayramın qeyri-iş günü olan bayram kimi qeyd olunub-olunmaması xeyli dərəcədə ideoloji bir məsələ idi.

1993-cü ilin əvvəlində Azərbaycan Respublikasının dövlət bayramları, o cümlədən iş olmayan bayramların siyahısında 9 may yox idi. Bunun da bir sıra səbəbləri var idi və əsassız deyildi. Yeni müstəqillik qazanmış və SSRİ-dən ayrılmış ölkələrdə bir sıra addımlar atılırdı ki, bu, yenidən keçmiş sovetlər  birliyinin bərpası, əldə olunmuş müstəqilliyin aradan qaldırılmasına səbəb ola bilərdi. Ona görə də SSRİ-nin geri qaytarılmasına xidmət eləməsi ehtimal olunan bir sıra ideoloji yüklərdən xilas olmaq məqsədəuyğun sayılırdı. Bunların içərisində 9 may günü də var idi. Çünki bu gün SSRİ-nin qorunub saxlanmasına xidmət eləyən bir məna kəsb etmiş günə çevrilmişdi. SSRİ 9 mayı nə qədər öz siyasi məqsədləri üçün ideolojiləşdirmişdisə də, şübhəsiz ki, 8-9 may tarixi gündür”.

Əvvəlki yazı

İRAQDA PARLAMENT SEÇKİLƏRİ:daha bir nüfuz savaşı meydanında Tehran amerikalılara hansı mesajlar göndərir? – TƏHLİL

Sonrakı yazı

İsmayıllıda avtomobil körpüsünü sel apardı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.