Avstraliyanın Viktoriya əyalətində Manqalor şəhəri yaxınlığında kiçik tutumlu iki təyyarə toqquşub. Hadisə nəticəsində azı dörd nəfər ölüb.
RİA Novosti xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri, təcili xilasetmə xidməti cəlb olunub.
“Qəzadan əvvəl iki təyyarənin havada toqquşmasına dair sübutlar var. Təyyarələrin hər birində iki nəfər olub, onlar hadisə yerində ölüblər”, – məlumatda bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.