15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropada Qarabağ Zəfəri

07 Oktyabr 2022, 18:49
Cəmiyyət
A A
Avropada Qarabağ Zəfəri

Qoca Avropa qitəsində oktyabrın 6-da Qarabağ fırtınası yaşandı. Mədəniyyət və idman beşiyi olan Afinada “Qarabağ” klubunun futbol demarşı ilə başa çatan gün siyasi mərkəz olan Avropa İttifaqında diplomatiya paradımızla başlamışdı. Amma daha böyük sevinc isə artıq idman, mədəniyyət, iqtisadiyyat, hərbi uğurlarımızın diplomatiya meydanında möhürlənərək təsdiq olunmasıdır.
Oktyabrın 6-da Avropa İttifaqının “Avropa siyasi birliyi” Zirvə Toplantısında sözün həqiqi mənasında da Azərbaycan-Türkiyə qardaşlığının zəfər təntənəsi yaşandı. Bəyazid-Teymur, Sultan Səlim-Şah İsmayıl savaşlarını körükləyən Avropa bu gün Ərdoğan-Əliyev dostluğunun gücünü fakt kimi qəbul etmək məcburiyyətindədir. Praqada sammitin keçirildiyi məkanda iki türk liderinin qol-qola gəzərək dünyaya göstərdiyi jest ayrıca bir hadisə idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri bir çox baxımdan dövlətimiz üçün bir çox cəhətdən mühüm mesajlar ünvanı oldu. 44 ölkə liderinin iştirak etdiyi tədbirə xüsusi dəvət dövlətimizin beynəlxalq arenada mövqeyi və nüfuzunun göstəricisidir. Bu gün hər bir dövlətin başlıca iqtisadi təminatı sayılan enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyasının önəmi artdığı bir dönəmdə Azərbaycanın geosiyasi önəmi xüsusilə artır. Bu durumu diplomatik və ekonomik müstəvidə dövlət mənafeyinə çevirən prezident İlham Əliyevin mükəmməl xarici siyasəti ölkəmizin regional lider statusunu möhkəmləndirir.
Avropa İttifaqı ilə münasibətlərimiz son vaxtlar xüsusi önəm kəsb edən məsələ Azərbaycan Ermənistan arasında sülh danışıqları ilə bağlıdır. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, bilirik ki, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışır və yenə də beynəlxalq ictimaiyyətdən bu destruktiv mövqeyə görə heç bir təzyiq görmürdü. BMT qətnamələrinin icrasını öz gücü ilə həyata keçirən Azərbaycan Ermənistanı sülhə məcburetmə işini də uğurla həyata keçirib. Praqada Paşınyanla keçirilən görüşlərdə adi foto görüntülərdən belə mövqelər arasındakı fərq və Azərbaycanın özgüvənli gücü açıq aydın hiss olunurdu. Prezidentin “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla” mesajı ərazi bütövlüyümüzlə bağlı mövqeyimizin planlı ifadəsi idi. Bu artıq yalnız bizim mövqeyimiz və bəyanatımız deyil. Praqa görüşünün nəticəsi olaraq Yelisey sarayının rəsmi saytında dərc edilmiş sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolu olmadığının fərqindədir. Başqa sözlə, Praqa diplomatik savaşımızda növbəti Zəfər nöqtəsidir.
Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini

Əvvəlki yazı

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

Sonrakı yazı

Prezident Sankt-Peterburqa getdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.