15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı şikayəti təmin edib –Atanın iddiası üzrə 15 min avro kompensasiya kəsilib

18 Fevral 2019, 13:35
Seçmə
A A
Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı şikayəti təmin edib –Atanın iddiası üzrə 15 min avro kompensasiya kəsilib

Avropa İnsan Haqları Məhkəməsi universiteti bitirdikdən sonra hərbi xidmətə yollanan və bir həftə sonra evlərinə meyiti göndərilən Urxan Məmmədovun ölümü ilə bağlı qərar çıxarıb.

Məhkəmə mərhum U.Məmmədovun atası Əli Məmmədovun şikayətini təmin edib. Bu işdə İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu təsdiqləyən Məhkəmə hesab edib ki, Azərbaycan hökuməti 21 yaşlı gəncin ölümü ilə bağlı effektiv araşdırma aparmayıb.

Döşəmə xlor və kerosinlə silinib

U.Məmmədov bir neçə il öncə iyulun 7-də hərbi xidmətə yollanmamışdan öncə Mərkəzi Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinələrdən keçib. Onda ürək qüsuru, hərbi xidmətə getməyə mane olan başqa bir xəstəlik tapılmayıb. Hərbi xidmətdən bir gün əvvəl – iyulun 6-da Nərimanov Rayon Hərbi Komissarlığında onu müayinə edənlər də məhdudiyyətlə hərbi xidmətə yararlı hesab ediblər.

Öncə Bərdəyə, oradan da Şəkidəki hərbi hissəyə göndərilən U.Məmmədov 6 gün sonra – iyulun 13-də ailəsinə zəng edərək, bəzi əşyalar istəyib, atasının dediyinə görə, həmin söhbətdə səhhətindən şikayətlənməyib. Ertəsi gün – iyulun 14-də səhər saat 10 radələrində atasını hərbi komissarlığa çağırıb, ona oğlunun ölümü barədə məlumat veriblər.

U.Məmmədovun ölümü ilə bağlı rəsmi sənədlərdə yazılıb ki, U.Məmmədov səhər saat 5 radələrində xırıldayıb, əsgərlər onu kazarmadan çıxarıb süni nəfəs verməyə çalışıblar. Ardınca da Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, artıq gec olub. Zaqatala Hərbi Prokurorluğunun hadisə yerinə baxış protokolunda yazılıb ki, ölümə aidiyyəti ola biləcək heç bir hal aşkarlanmayıb.

Baxış keçiriləndə artıq onun çarpayısını digər əsgərlər səliqəyə salmış, döşəmə isə araşdırmadan öncə xlor və kerosinlə silinibmiş. Meyitə baxış protokolunda da yazılıb ki, bədəndə müxtəlif xəsarət izləri var: kürəkdə qançır, cızıqlar, dərialtı qansızma, əlində sıyrıqlar. Meyitin fotoları da çəkilərək, sənədlərə əlavə olunub.

Avropa Məhkəməsinin qərarında yazılıb ki, bu işlə bağlı kommunikasiya vaxtı Azərbaycan hökuməti Strasburqa fotoları ağ-qara formada göndərib, şikayətçi Ə.Məmmədov isə onların rəngli versiyalarını. Rəngli fotolardan görünüb ki, boyun nahiyəsində, gözünün altında da göyərtilər var. Ancaq prokurorluğun protokolunda həmin xəsarətlər qeyd olunmayıb.

Xəsarətlər nədən yaranıb?

Tibbi ekspert U.Məmmədovun kəskin tənəffüs çatışmazlığından ölməsi barədə rəy verib. Üzərindəki xəsarətlərə gəlincə, ekspertlər hesab edib ki, onlar ölümə gətirib çıxaracaq xəsarətlər deyil. Amma rəydə yazılıb ki, onlar küt əşyanın təsirindən, ölümdən bir-üç gün öncə yarana bilərdi.

Zaqatala Rayon Prokurorluğu üç ay sonra bu ölüm faktı üzrə cinayət işi başlanmasının rədd olunması barədə qərar verib. Xəsarətlərə gəlincə, qərarda yazılıb ki, onlar hərbi xidmətdə fiziki hazırlıq zamanı, ya da əsgərlər onu ayıltmağa çalışarkən yetirilə bilərdi.

Ə.Məmmədov oğlunun ölümü ilə əlaqədar prokurorluğun qərarından narazı qalaraq məhkəməyə müraciət edib. Amma yerli məhkəmələrin heç biri onun şikayətini təmin etməyib. Ata Avropa Məhkəməsinə ərizəsində Konvensiyanın 2 (yaşamaq hüququ), 3 (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntusunun tanınmasını, maddi ziyana görə 27 min 672 manat (universitetə çəkilmiş xərc və s.), mənəvi ziyana görə isə 200 min avro kompensasiya tələb edib. Avropa Məhkəməsi isə fevralın 14-də çıxardığı qərarda Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanımaqla, 15 minavro kompensasiya təyin edib. (azadliq.org)

Əvvəlki yazı

Erməni icmalçıdan Nikol Paşinyana təhlükəli xəbərdarlıq:“CƏMİYYƏTƏ YEDİRTMƏYƏ ÇALIŞDIĞIN YALANIN QURBANI OLACAQSAN” – Təhlil

Sonrakı yazı

Sabah Ay Yerə ən yaxın məsafədə olacaq

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.