16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropa Komissiyası: “İllərdir ki, Azərbaycan…”

30 Mart 2020, 21:34
Siyasət, Manşet
A A
Avropa Komissiyası: “İllərdir ki, Azərbaycan…”

“Son onillikdə Şərq Tərəfdaşlığının Azərbaycan və Avropa İttifaqının şərq qonşuluğunda yerləşən ölkələrin insanları üçün konkret faydaları olub”.

APA-nın xəbərinə görə bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell və Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyinin birgə məqaləsində qeyd olunub.

“Koronavirusun yayıldığı bu çətin vaxtda beynəlxalq əməkdaşlığın nə qədər mühüm olduğunu görə bilərik. Son onillikdə Şərq Tərəfdaşlığının Azərbaycan və Avropa İttifaqının şərq qonşuluğunda yerləşən ölkələrin insanları üçün konkret faydaları olub”.

Məqalədə qeyd olunub ki, illərdir Azərbaycan və Avropa İttifaqı arasında mühüm tərəfdaşdaşlı mövcuddur.

“Avropa İttifaqı Azərbaycanın birinci ticarət tərəfdaşı və investorudur. Cənub Qaz Dəhlizi kimi mühüm layihə bizi fiziki olaraq birləşdirəcək, bu da Avropanın enerji diversifikasiyasını və təhlükəsizliyini təmin edəcək.

Şərq Tərəfdaşlığın son 10 ilində Aİ və Azərbaycan iqtisadiyyatın, qurumların və düzgün idarəçiliyin, bağlantıların və insanlar arasında əlaqələrin gücləndirilməsi kimi bir sıra layihələr həyata keçirib.

Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min şirkətə maliyyə vəsaiti, təlim, yeni bazarlara ixrac dəstəyi ilə yardımçı olub ki, bunla da 3300-dən çox yeni iş yerinin yaradılmasına öz töhfəsini verib.

Aİ-nin Erasmus+ proqramı Azərbaycanın təxminən 1600 tələbəsinə və universitet işçilərinə Aİ ölkələrində təhsil almaq və ya dərs demək imkanı yaradıb. Azərbaycan bizim Tvinninq və TAİEX əməkdaşlıq alətlərimizin ən yaxşı istifadəçisidir.”

Aİ-nin Ali Nümayəndəsi və Avropa Komissarı ortaq məqalələrində qeyd edir ki sürətlə dəyişən dünyada Aİ və Azərbaycanda faydalı əməkdaşlığın davam etməsi üçün daha çox iş görməlidir.

“Prioritetlərimizi formalaşdırmaq məqsədilə ötən il ümumi region üzrə 33 ölkəni təmsil edən insanlar, biznes qurumları, təşkilat və hökumətlərlə məsləhətləşmələr apardıq.

Nail olunmuş nəticələr qiymətləndirilsə də, əməkdaşlığın daha da artırılması ilə bağlı aydın gözlənti var. Bu gözləntilər daha çox iş yerləri və firavanlıq, investisiyalar, rabitənin yaradılması, yaxşı idarəçilik, eləcə də iqlim dəyişiklikləri və rəqəmsal transformasiya kimi ümumi çağırışlarla bağlıdır.

İndi isə biz bu məsləhətləşmələrə cavab reaksiyası olaraq 2020-ci ildən sonra siyasətimiz üçün uzunmüddətli məqsədləri təqdim etdik. Şərq Tərəfdaşlığı ölkələri ilə davamlı əməkdaşlığımız Avropa İttifaqı üçün əsas prioritet olaraq qalmaqdadır. Gələcəklə bağlı təkliflərimiz iddialıdır, ancaq onlara nail olmaq mümkündür.

Onlar mövcud əməkdaşlığa istinad edir, lakin daha çox iş görməli olduğumuz sahələri də müəyyənləşdirir. Onlar Aİ layihəsinin özülünü təşkil edən fundamental dəyərlərə əsaslanır. Bunlar qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizədir”.

Məqalədə Aİ-nin öz tərəfdaşlarına hansı hədəflər üzərində birgə işləməyi təklif etdiyi qeyd olunur:

• “Dayanıqlı, davamlı və inteqrasiya olunmuş iqtisadiyyat naminə birgə

İqtisadiyyatın gücləndirilməsi vətəndaşların gözləntilərini qarşılamaq, bərabərsizliyi azaltmaq və tərəfdaşlığımızı uğurlu etmək baxımından vacibdir. Ticarətin və investisiyaların artırılması, xüsusilə nəqliyyat və enerji sahələrində olmaqla daha güclü bağlantı, təhsil, tədqiqat və innovasiyanın özəl sektorun ehtiyacları ilə daha yaxşı əlaqələndirilməsi vasitəsilə iş yerlərinin yaradılması və iqtisadi imkanlara diqqət yetirəcəyik.

• Cavabdeh qurumlar, qanunun aliliyi və təhlükəsizlik naminə birgə: Yaxşı idarəçilik və demokratik institutlar, qanunun aliliyi, anti-korrupsiya sahəsində uğurlu siyasət və təhlükəsizlik dayanıqlı inkişaf və demokratiyanın möhkəmləndirilməsi baxımından vacibdir. Onlar, həmçinin dayanıqlı dövlət və cəmiyyətlərin, eləcə də güclü iqtisadiyyatın təməlini təşkil edir.

• Ətraf mühit və iqlimin dayanıqlılığı naminə birgə: Gələcək nəsillər üçün dünyamızı qorumaq üçün hamımız cavabdehlik daşımalıyıq. Aİ ölkələrin resurslardan səmərəli istifadəsini təkmilləşdirmək, yeni yaşıl iş yerləri yaratmaq, yerli və bərpaolunan enerji mənbələrini təşviq etmək məqsədilə tərəfdaşları ilə birgə çalışacaq.

• Dayanıqlı rəqəmsal transformasiya naminə birgə: Aİ, Vahid Rəqəmsal Bazarın tərəfdaş ölkələrə olan faydalarını genişləndirmək məqsədilə tərəfdaşlarımızın rəqəmsal transformasiyasına daha çox investisiya yatıracaq. Birgə işimizdə həm də elektron İdarəçiliyin gücləndirilməsi, rəqəmsal startapların miqyasının genişləndirilməsi, eləcə də tərəfdaş ölkələrin kiber dayanıqlılığının dəstəklənməsinə diqqət yetirəcəyik.

Dayanıqlı, ədalətli və inklüziv cəmiyyətlər naminə birgə: Azad və ədalətli seçkilər, şəffaf, vətəndaş yönümlü və cavabdehlik daşıyan dövlət idarəçiliyi demokratiya üçün vacibdir. Aİ kafi məkanın verilməli olduğu vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək bu vacib sahələrə diqqət yetirməyə davam edəcək.

O, həmçinin azad, pluralist və müstəqil media və insan hüquqlarını dəstəkləyəcək, eləcə də mobillik və insanlar arasında əlaqələri təmin edəcək. Bütün bunlar xüsusilə Aİ dəyərlərinə qarşı artan dezinformasiyaya görə xüsusilə mühümdür.”

Aİ və şərq tərəfdaşları arasında ticari əlaqələrə toxunan məqalədə bildirilir ki, son on illikdə Aİ və tərəfdaşları arasında ticarət həcmi iki dəfə artıb.

“125 mindən artıq kiçik və orta ölçülü sahibkarlar Aİ-nin maliyyə yardımından birbaşa faydalanıb ki, bu da 250 mindən artıq iş yerinin yaradılması və ya saxlanılması ilə nəticələnmişdir. Biz təkmilləşdirilmiş nəqliyyat əlaqələri və yüksək tutumlu genişzolaqlı şəbəkə sayəsində daha yaxşı qoşulmuşuq. Son dövrlərdə aparılmış sorğuların nəticələrinə əsasən, Aİ Şərq Tərəfdaşlığı vətəndaşları arasında ən etibarlı beynəlxalq qurumdur. Biz nəticələrə yönəlmiş bu yanaşmanı saxlayacaq və üzləşdiyimiz çağırışlara qarşı daha çox iş görəcəyik. Bunlara COVİD-19 pandemiyası kimi böhranlar da daxildir.

Və bunun vasitəsilə daha iddialı Şərqi Tərəfdaşlıq yaradacağıq. Bu tərəfdaşlıq hamıya xidmət edəcək və ümumi qitəmizi bir-birinə daha da yaxınlaşdıracaq” məqalədə vurğulanır.

Əvvəlki yazı

Karantinə görə yardım necə veriləcək? – Nazir danışdı

Sonrakı yazı

Nazirlər Kabinetindən işsizlərə ümid – Narahat olmasınlar….

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.