18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropa İttifaqı həbsdəki separatçılara qahmar çıxır, Bakıdan sərt – REAKSİYA

21 İyun 2024, 12:53
Siyasət, Manşet
A A
Avropa İttifaqı həbsdəki separatçılara qahmar çıxır, Bakıdan sərt – REAKSİYA

“Əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində deyib.

Ayxan Hacızadə xatırladıb ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib.

“Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər.

Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.

Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir.

Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq.

Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”.

Əvvəlki yazı

Milli Məclis Prezidentə müraciət etdi – Seçki…

Sonrakı yazı

Rusiyanın mühüm obyektləri VURULDU

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.