04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq

09 Avqust 2019, 16:55
Gündəm
A A
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq

“Günaybank”ın keçmiş əməkdaşı Xalidə Məmmədova həmin bankın keçmiş sədr müavini Emin Zeynalovun qurduğu maliyyə fırıldağının toruna düşdüyünü deyir.

Məlum olur ki, Zeynalov nəinki bankın pullarını talayıb, üstəlik “təmənnasız kömək” adı ilə bir çoxlarını da aldadıb pullarını ələ keçirib.

X.Məmmədova deyir ki, 2017-ci ildə o anasının mənzilini sataraq ailəsi üçün daha geniş və rahat mənzil almaq istəyirdi. Emin Zeynalov bu haqda eşidəndə dərhal öz xidmətlərini təklif edir, deyir ki, atası Zakir Zeynalov tikinti biznesi ilə məşğuldur.

“Emin hamıda səmimi və açıqürəkli adam təsiri bağışlayırdı və mən ona inanaraq biznesmen atası üçün 143700 dollar verdim. Bu vaxt mənim “xeyirxahım” hər cür vədlər verirdi ki, nəinki atası, üstəlik bacısının əri Vüqar da tikinti biznesi ilə məşğuldur. Və mənə, onun yaxın adamının işçisinə ən yaxşı rayonda ən yaxşı mənzil təşkil edəcək. Dedi ki, heç bir ay da keçməyəcək, siz təzə mənzilə köçəcəksiniz”,-X.Məmmədova bildirir.

Emin sadəlövh qadında yarana biləcək şübhələrə son qoymaq üçün ona deyir ki, əgər iş ləngisə hər ehtimala qarşı onun əlində Mətbuat prospekti, 35 ünvanında boş mənzil var və istəsə həmin mənzilə “elə bu gün” köçə bilər. Doğrudur, Emin həmin mənzilin “bir qədər baha olduğunu” da deyib. Bir neçə həftə gözləyəndən sonra Məmmədova işin nə yerdə olduğunu soruşur, amma Emin ona “bir az da gözləmək lazım gəldiyini” deyir.

Məmmədova doğrudan da çox gözləməli olmur-tezliklə E.Zeynalovun fırıldaqlarının üstü açılır və o, tələsik ölkədən qaçır. Pullarını ona etibar edən qadın və aldadılan digər şəxslər kimi bu haqda ancaq mətbuatdan xəbər tutur.

“Onun  qaçdığını eşidəndə nə edəcəyimi bilmədim. Qərara aldım ki, atasına zəng vurum görüşüb, ondan pullarımı tələb edim. Lakin Zakir Zeynalov əvvəlcə zəngələrimə ümumiyyətlə cavab vermədi, dəstəyi götürəndə isə məni söydü və bildirdi ki, nə oğlu, nə özü mənə heç bir pul borclu deyillər. Sonradan ərimlə mən Eminin qardaşı Fazillə və tanışı Fuadla görüşə bildik. Onlar az qala diz çöküb yalvardılar ki, Emin barədə heç bir şikayət verməyək və tezliklə pulları qaytaracaqlarını dedilər. Mən yenə inandım, amma sonradan aldadıldığımı anladım. Çünki pulu qaytarmadılar”,-qadın deyir.

Nəhayət aldadılan qadın polisə şikayət etməklə hədələyir. Lakin bu zaman Eminin anası Leyla Zeynalova ona zəng vurur və bir az da gözləməyi xahiş edir. Həmin vaxt isə artıq Məmmədovanın ailəsində dələduzlara yem edilən pullara görə qalmaqallar başlamışdı. X.Məmmədovanın əri hər şeyin günahını onda görərək ailəni tərk etmişdi. Lakin Xalidə hələ də Eminin anasına ümid edirdi.

“Biz onunla “Qırmızı Şərq-2” qəsəbəsindəki evində görüşdük. Dedim ki, oğlunun başıma açdığı oyuna görə ailəm dağılıb, anam, 1-ci qrup əlil isə evsiz-eşiksiz qalıb. Və Leyla yenə də mənə yalvarıb bir az gözləməyi xahiş etdi, amma tezliklə o da zənglərimə cavab vermədi.

Yenidən Zakirə zəng vurmağı qərara aldım, amma bu dəfə də söyüşlər eşitdim. Nəticədə bu ailə haqda KİV-lərə şikayət etməkdən başqa yolum qalmadı. Emin Zeynalovun açıq-aşkar dələduzluqları və ailəsinin mənim problemimlə maraqlanmaqdan imtina etməsi nəticəsində hər şeyimi itirdim-evimi də, ailəmi də. Çox ümid edirəm ki, bizim hüquq-mühafizə orqanları bu işi ədalətli araşdıracaq. E.Zeynalov fırıldaqlarına və maxinasiyalarına görə cəzalandırlacaq , nəhayət mənə vurduğu maddi ziyanı ödəyəcək”,-dərdli qadın danışır.

Məlum olur ki, Emin Zeynalov bankda işləyəndə maliyyə piramidası qurub və onlarla adamı aldadıb. Atanın və oğulun əməlləri sayəsində zərərçəkənlərə dəyən ziyan on milyonlarla dollardır. Bu fırıldaqda əsas fiqur isə çoxlarının hesab etdiyi kimi məhz həmin Zakir Zeynalovdur. Bu adam uzun illər ölkənin iri banklarından birinə rəhbərlik edib. İndi isə o pulun köməyi və şantajla oğlunu həbsxanadan çıxarmağa çalışır.

Məlumatlara görə Emin Zeynalov ələ keçirdiyi pullar hesabına özünə Kürdəxanıda yaxşı şərait qurub, kamerasında telefon, internet var. Yaxınlarını əmin edir ki, tezliklə azadlığa çıxacaq.

E.Zeynalov həm də “Xəzər” futbol klubunun bossu olub. Onun adı rəsmən heç yerdə keçmir, amma klubun işi ilə tanış olan adamlar deyir ki, o təkcə bir mövsümdə transferlərə və oyunçulara 1 milyon manatdan çox pul xərcləyib. Bu da Birinci liqanın ölçülərinə görə yaxşı puldur.

Çoxları Emini dindar adam kimi də tanıyıb. Qurbanların çoxu da məhz dindarlığına görə onun dediklərinə inanıb, iri məbləğdə pullarını veriblər.

E.Zeynalovun fırıldaqlarının bütün qurbanları ədalətli məhkəmə gözləyir. Lakin onun atası hələ də öz işindədir-natəmiz yollarla əldə etdiyi pulları yaşayış binalarının və digər binaların tikintisinə yatırır. Hazırda o, Mətbuat prospektində və Ağ şəhərdə bir neçə bina tikir. Deyilənə görə Zakir Zeynalov payçılara artıq bir neçə yüz min manat borclu qalıb. Ən təəcüblüsü isə budur ki, adam həm də UNEC-də müəllimdir. Görünür bu adam tələbələrinə vaxtilə oğluna öyrətdiyi kimi insanları necə tora salmaq yollarını öyrədir…

Virtualaz.org

Əvvəlki yazı

Qənirə Paşayeva 3 ölkənin fəal qadınları ilə görüşdü

Sonrakı yazı

Prezident xalqı təbrik etdi

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.